DGTYB-nin rolu və....

Tarix:26-07-2017, 13:47 Baxış Sayı:126

DGTYB-nin rolu və....


Gülsadə İbrahimli

TARİXÇİ ALBERT SOREL YAZIRDI: ”DOĞU PROBLEMİ TÜRKLƏRİN AVROPAYA GİRMƏSİ İLƏ BAŞLAMIŞDIR”. Məhz o vaxtdan bu yana tarix boyu olduğu kimi türklərə, türkçülüyə qarşı planlar qurulmuşdur. Müxtəlif yönlü siyasi həmlələrə, iç o cümlədən xaricdən olunan təyziqlərə baxmayaraq, Türk Dövlətləri bu gün də birliyini, bərabərliyini qoruyub saxlamışdır.

Yalnız siyasi-iqtisadi deyil, mədəni əlaqələrinin də köklü bağlılığa dayandığı Türk Dövlətləri yaratdığı ortaq qrum və təşkilatlar və onların birgə fəaliyyəti ilə bu bağlılığı möhkəmlətməyə xidmət edir. Milliliyinə, tarixinə, mədəni irsinə sahib çıxıb onu nəsildən-nəsilə aşılamağı bacaran qrum və təşkilatların həyata keçirdiyi tədbirlər və layihələr inkar edilməz əhəmiyyətə malik olmaqla bərabər, dünyanın fərqli yerlərində Türk Dünyası adına xidmət edir. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən DÜNYA GƏNC TÜRK YAZARLAR BİRLİYİNİ (DGTYB) xüsusi vurğulamaq lazımdır.

“Dünya Gənc Türk Yazarlar Birliyi yarandığı gündən hər zaman Türk Dünyasının istedadlı gənc yazarlarının səsi olmağa çalışıb. Türk Dünyasının önəmli ünvanı olan çağdaş Azərbaycan ədəbiyyatına nəzər saldıqda, son dövrlər yeni imzaların ədəbi ictimaiyyətə tanıdılmasında DGTYB-nin həyata keçirdiyi ədəbi layihələrin, poeziya görüşlərinin də rolunun danılmaz olduğunu görərik. Çağdaş dövrdə Azərbaycan ədəbiyyatında gənc yazarların rolunu araşdırdıqda, görürük ki, ölkənin bölgələrində yetərincə istedadlı, yeni yaradıcı düşüncəyə malik yazarlar özlərinə məxsus ovqatla və ovqata çalışır… Bəzən, ədəbi mühitə o qədər də bəlli olmayan, ancaq yaradıcıllıq axtarışında olan xeyli gənc yazar bölgədə qalmaqla, kölgədə qalır. DGTYB–nin ötən illərdə yeni layihə çərçivəsində bölgələrimizdə keçirdiyi tədbirlərdə ədəbi ictimaiyətə o cümlədən , Türk Dünyası ədəbi dairələrinə tanış olmayan belə istedadlı gənclərlə tanışlıq onların daha geniş auditoriyaya təqdim olunmasında həlledici rolu oynayıb.”

DGTYB–nin məclis başqanı ƏKBƏR QOŞALIdan gətirdiyim bu sitatdan da aydın görünür ki, bu təşkilat həyata keçirdiyi fəaliyyətlərlə bölgələrimizdəki istedadları kəşf edib, ədəbi mühitə tanıtmaqla bərabər onların türk dünyasında tanınmasına da maksimal imkan yaradır. Yaxın illər ərzində DGTYB-nin gənclər fondunun dəstəyi ilə reallaşdırdığı “BÖLGƏLƏRDƏN SƏSLƏR I,II, III” , eləcə də “SƏS…SÖZ…RƏNG” toplularında müxtəlif bölgələrdən olan gənc istedadların yaradıcıllığı işıqlandırılmışdır.

Sevindirici haldır ki, bu topllularda Naxçıvanda yaşayıb -yaradan gənc qələm sahiblərindən olan QIZBƏSTİ SULTAN, İSA HƏSƏNOĞLU, GÜLSADƏ, MİRŞAHİN, ÜLVİ kimi gənclər yaradıcıllıq nümunələri ilə birgə ədəbi ictimaiyyətə təqdim olunub. Bunlarla birgə “BÖLGƏLƏRDƏN SƏSLƏR-3” toplusunda AĞCABƏDİ, AĞDAM, CƏLİLABAD, LAÇIN, GƏNCƏ, LERİK və s. bölgələrdən olan gənclər də bir üfüqin ilk işığına toplaşıb. Gənclər adından gənc təşkilat olan DGTYB-ə və onun üzvlərinə yeni uğur sevincləri arzulayıram…Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ