Qarğıdalısatan eşqinə – polemika – Samirə Əşrəf

Tarix:24-07-2017, 13:00 Baxış Sayı:111

Qarğıdalısatan eşqinə – polemika – Samirə Əşrəf


artkaspi.az gənc yazar Samirə Əşrəfin Azad Qaradərəlinin Sərdar Aminə və bütün "Ədəbiyyat qəzeti” tərəfdarlarına” adlı polemik məqaləsinə cavab yazısını təqdim edir:

Sovet hakimiyyətinin dağılmasının ardından Qarabağ müharibəsinin başlanması, torpaqlarımızın işğalı, cəmiyyətin sosial və mədəni inkişafına təsirsiz ötüşmədi. İncəsənətin bir çox sahələrində olduğu kimi ədəbiyyat və ədəbiyyat adamları böyük bir sınaqla üz-üzə qalmalı oldular. İstedadlı qələm adamları özlərini realizə edə bilmədilər.

Belə vəziyyətdə yük yenə də söz adamlarının çiyninə düşdü. Sözə, mətnə dəyər verən insanlar çox böyük məhrumiyyətlərlə üzləşərək yazmaqdan yorulmadılar. Sonra isə yazdıqlarını öz vəsaitləri və ya cüzi qonorar hesabına çap etdirdilər. Qəzetlərdə, jurnallarda, saytlarda gecə-gündüz demədən, sözün əsl mənasında, can qoydular. Onları bu fədakarlığa səsləyən həqiqi və təmənnasız ədəbiyyat sevgisi idi. Və xatırladım ki, bu fədakarlıq indinin özündə də davam etməkdədir.

Bu gün ədəbi mühitdə baş verən proseslərdən də görürük ki, otuz ilə yaxın çəkilən zəhmət hədər getmədi. İstedadlı, yaradıcı insanların sayı artdı, gənclərin ədəbiyyata axını gücləndi. Kimisi bu faktı ədəbiyyatın kütləviləşməsi, kimisi də başqa cür adlandırdı. Amma bütün hallarda qazanan yenə də ədəbiyyat oldu. Söz oldu.

Biz kitabı, qəzeti tum satanların əlindən xilas etdik. Ən azından buna çalışdıq.

Lakin yazıçı Azad Qaradərəli "Sərdar Aminə və bütün "Ədəbiyyat qəzeti” tərəfdarlarına” adlı yazısında qeyd edir ki, 32 səhifəlik "Ədəbiyyat qəzeti”ni on dəqiqənin içərisində oxuyub bitirir və maraqlı heç nə tapmayaraq qəzeti köşkün yaxınlığındakı qarğıdalı satana verir. Elə isə Azad müəllimin qarğıdalıları qəzet səhifələrinə bükən səyyar satıcılardan, təndiri kitab vərəqləri, qəzet səhifələri ilə odlayan çörəkçilərdən fərqi nədədir?!

Digər tərəfdən Azad müəllim haqqında bəhs etdiyi qəzetdə çap olunan mətnlərdən, tərcümələrdən, müzakirələrdən birini təhlil etmədən, fikrini elmi faktlarla əsaslandırmadan böyük bir kollektivin işini rahat və arxayın şəkildə yerə vurur.
Hörmətli Azad müəllim, ola bilməz ki, otuz iki səhifəlik qəzetdə siz ədəbiyyat adına heç bir maraqlı yazıya rast gəlməyəsiniz. Gəlin, fərz edək ki, lap elə siz deyən kimidir. Layiqli, maraqlı, sizin zövqünüzü oxşayan heç bir materialla rastlaşmamısınız. Axı ən azından o qəzetdə hər həftə Nobel mükafatı almış yazıçıların, şairlərin hekayələri, şeirləri ilə birgə həm də şəkilləri çap olunur. Yəni siz bir yazıçı kimi həmin müəlliflərin şəkillərinə də hörmət qoymadınız? Nobelçiləri bir kənara qoysaq siz üzərinə ƏDƏBİYYAT sözü yazılan, lap elə əlifbamızın hərfləri olan qəzeti qarğıdalı satana verməyə necə qıydınız?!

Pərdə arxasında küskünlük, inciklik lap mübahisə də ola bilər. Amma bunu şəxsiləşdirərək, status səviyyəli, əsassız yazıyla iki ildən çox Azər Turanın "Ədəbiyyat qəzeti”nin, ədəbi mühitin canlanması, inkişafı üçün çəkdiyi zəhmətlərin üstündə ayaqüstü xətt çəkmək nə qədər vicdanidir?

Və nəhayət, hörmətli Azad müəllim, gələcəkdə "Ədəbiyyat qəzeti”ni tənqid etsəz hansı sayını bəyənmədiyinizi də bildirin.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ