manera.az
manera.az

Daxili dünyaya səyahət | MANERA.AZ

Daxili dünyaya səyahət | MANERA.AZ

Manera.az

Şəhla Aslan yazır...

Nə qədər mürəkkəbdir iç dünyamız... Sayı yox, hesabı yox xarakterlərin… Nə qədər insan varsa, o qədər də xarakter var, hələ mən deyərdim ki, fərdlərin sayından daha çoxdur. Belə bir xaosda reseptmi vermək, yolmu göstərmək olar? Biri üçün uğur gətirən üsul başqasının məhvinə səbəb olur.

Amma ümumi qaydalar da mövcuddur. Məsələn, insan özündən yaxşı görünməyə çalışırsa, şəxsiyyət kimi inkişafdan qalır, özü-özünü məhv edir. Özünü olduğu kimi təqdim edəndə isə daim tərəqqiyə doğru irəliləyir. Özünü olduğu kimi göstərmək üçün isə özünü sevməlisən. Özünü sevməyin bir yolu da odur ki, hamının xoşuna gəlməyə cəhd etmək olmaz. Onsuz da bir qrup adamları təmin edə bilməyəcəksən. Yaxşısı budur ki, “hasarları hündür tikəsən”. Çünki, sənə qarşı paxıllıq yalnız qonşular, yaxınlar, əhatəndəkilər tərəfindən baş verir…

Gördünüzmü, sonsuz zəncirin həlqələrini bir-bir sadalamaqla haralara gəlib çıxdıq. Ona görə də bunu qoyaq bir kənara , vəd etdiyimiz kimi iç dünyamıza bir daha nəzər yetirək.

Karp balığının Yaponiyada çox qəribə bir növü var. Adına koi deyilən bu balıq mühitdə müxtəlif ölçülərə qədər boy atır. Belə ki, bu karpı kiçik bir qabda saxlayanda boyu cəmi 5-7 sm olur. Böyük akvariumda 30 sm-dək böyüyür. Əgər onu kiçik nohurda saxlasan 60 sm-dək böyüyür. Amma bu balığa heç bir məhdudiyyət yaratmayan göldə boyu 1 m 50 sm-ə çatır.

Mən bunu biləndə başa düşdüm ki, doğrudan da təbiətdən çox şey öyrənmək olar. Daha dəqiq desək, elm öyrənməyin bir yolu da ətraf aləmdən, təbiətdən dərs almaqdır, zənnimcə. Məsələn, bu karp balığının böyümək bacarığının tükənməzliyinə baxaq. Mühitə uyğunlaşaraq boyunu tənzimləyir və həyatında bu barədə heç bir problemlə üzləşmir. Məgər insanın başı azmı bəlalar çəkir? Mənəvi böyüməni nəzərdə tuturam..

Əgər insan hiss etsə ki, bu mühitdə artıq onun inkişafı məqsədəuyğun deyildir, paxıl və bədxah adamlar əl-ayağına dolaşacaqlar “nümayişi” ya dayandırmalıdır, ya da bir başqa mühitdə davam etdirməlidir. Və prosesi sonsuza qədər davam etdirmək olar. Məncə, nə demək istədiyim aydın oldu. Yəni, eyni materialdan cürbəcür məqsədlər üçün istifadə etmək mümkün olduğu kimi, eyni bir insan da mühitə uyğun olaraq dəyər qazanır.

Poladın kiloqramı təxminən 5 dollardır. Ondan nal düzəltsən qiyməti 50 dollara qalxar. Əgər bir kiloqram poladdan tikiş maşını üçün iynə düzəldilsə, qiymət 500 dollara, İsveçrə saatının yayı düzəldilərsə, yüz min dollara qalxar.

İnsanlar da eynilə bu cür dəyərləndirilir. Bunu unutduğumuzdan bəzən problemlərlə qarşılaşırıq, iddialarımız qəribə görünür, düzgün qiymətləndirilməməyimizdən şikayətlənirik, bədxahlarla səmərəsiz mübarizələrə enerji sərf edirik…

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930