Ötənlər və yeni illər- Rövşən Abdurəhmanlının yazısı/ MANERA.AZ

Tarix:31-12-2016, 13:00 Baxış Sayı:254

Ötənlər və yeni illər- Rövşən Abdurəhmanlının yazısı/ MANERA.AZ

Manera.az teleaparıcı Rövşən Abdurəhmanlının yazısını təqdim edir.

2016... Hiss edirsizsə, bu il sonu insanlar daha coşğuludurlar. Axırıncı dəfə yeni ili belə atəşfəşanlıq və səbirsizliklə gözləyən insan kütləsini hardasa 10-13 il bundan əvvəl görmüşdüm. Səbəb aydındır. İnsanlar 2017- ci ilə ümid ili kimi baxırlar. Və onu yaxşı qarşılamağa çalışırlar.

Yəqin, razılaşarsız. O vaxtlar iki ay qabaqdan yolkalar hazırlanar, bir ay əvvəldən bayram bazarlığının siyahısı tutular, yalan olmasın 5-6 həftə öncədən “zırpaketlər” işə düşərdi. Yadımdadır, nə qədər qayğılı olsaq da , 31 dekabr gecəsi süfrəyə ən ləziz təamlar düzülərdi. Atamız bizə hətta il ərzində bircə dəfə də dadmadığımız çərəzlər, meyvələr alardı .

Anamız ən azı 3-4 cür salat düzəldər, ət bol olanda həm tikə, həm də lülə kabab bişirərdi. İl başında xüsusi bəslənmiş qaz kəsilməsi isə ailəmizdə adət halını almışdı.

Təkcə yolkalarla kifayətlənməzdik. Şarlar alardıq, kağızları rəngləyib xüsusi fiqurlar hazırlayardıq, bütün qapı və pəncərələri zərlərə qərq edərdik.
Onda işıqkimi bir dərdimiz də yox idi. İşığın yanıb-keçəcəyi vecimizə belə deyildi. Normal televizorumuz belə yox idi. Evimiz nəm içindəydi.
Qapıları “fanerkadan” hazırlanmışdı, döşəməsi “ tol” dan ibarət idi.

İllər ötdü hər şey unuduldu. “Dəliyə hər gün bayramdır” deyib bütün günlərimizi bayrama çevirdik. Yeni ilə cəmi bir həftə qalmış onun qapımızın ağzında olduğunu xatırladıq. Daha sonralar , bu bayramı evdə qarşılamaq adətindən də uzaqlaşdıq. Kimisi Rusiya, kimisi Türkiyə, Dubay, kimisi ən pis halda Gürcüstana üz tutdu.

Beləcə, yeni il ancaq kasıbların , Londona, Almaniyaya gedə bilməyənlərin, Feysbukdan, İnstaqramdan anlamayanların , bir də hər şeyə rəğmən şaxta babaya inananların bayramı oldu.

Düzdür, zaman-zaman onların da sıraları azaldı...Güzəranı yaxşılaşanlar “nə bayram?” deyib ildən-ilə heç nə olmamış kimi qədəm qoydular..
Görünür, geriyə axın başlayıb. Təssüf deməyəcəm. Çünki, illərdi əvvəlki bayramların həsrətini çəkirdim, elə siz də çəkirdiz.. Şikayətlənirdiz, hanı əvvəlki bayram qutlamaları deyirdiz.. Bu da sizə yeni il!

Xoş gəldin, 2017..Sən bizə sevinc, uğur gətir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ