İnsan - meymun münasibətləri - Taryel Abdullayevin yazısı

Tarix:25-11-2016, 10:00 Baxış Sayı:773

İnsan - meymun münasibətləri - Taryel Abdullayevin yazısı
Taryel Abdullayev Manera.az üçün yazır...

İnsan yəni biz, planetin ən inkişaf etmiş canlılarıyıq. Bu inkişafı yalnız tək bir şeyə borcluyuq; zəka və qohum tanımaq qabiliyyətinə. Bax bu zəka gücü, inkişaf baxımından bizi digər bütün canlılardan fərqləndirir. Bioloji olaraq insan bir primat növüdür.

Primat demişkən insan və meymun əlaqəsinə bir açıqlıq gətirmək istəyirəm.

Primat heyvanlar aləminin məməlilər qrupundan meymun və bənzəri heyvanların meydana gətirdiyi bir sinifdir. Bu sinif təməl olaraq qorilla, oranqutan, şimpanze və insanı təşkil edir. Digər adı "insansılar"dır. Insansılar primat sinifinin ən üst ailəsinə aiddirlər. Yəni, primatlar ən inkişaf etmişidir. Buna görə də digər meymun genomlarından ayrı tutulurlar.

İnsan və insansılar isə qohum olmalarına baxmayaraq elmi olaraq meymun növü olaraq qəbul edilməz. Çünki meymunlardan bir çox özəlliklərinə görə ayrılırlar.

İnsanlarda quyruq yoxdu, lakin meymunlarda quyruq var. İnsanlarda apandis var, lakin meymunlarda apandis yoxdur.İnsan beyni meymun beynindən daha inkişaf etmiş və daha mürəkkəbdir

Bu xüsusiyyətlər insansıların sinifinə daxil olan canlılarda malikdir. (Qorilla, şimpanze, oranqutan) Lakin insan irqi bu canlılarla hər nə qədər bənzər xüsusiyyəti olsa da, həm zəka inkişafına görə, həm də fiziki forma və həyat şəklinə görə ayrılır. Lakin təməl olaraq bənzər xüsusiyyətləri vardır. Buna görə də hamısı bioloji olaraq qohum sayılırlar. Məsələn, humanoid sinifinə daxil olan heyvanlar insan qədər olmasa da inkişaf etmiş bir beyinə və mücərrəd düşünmə qabiliyyətinə sahibdirlər.

Davranışları insanların davranışlarına çox bənzəyir. Məsələn, insanların bir-birlərinə etdikləri kimi, onlar da bir-biriləri zarafat edə bilirlər, gülmə, yemək yemə və sair kimi təməl davranış şəkilləri insanlarınkı kimidir. Alət istifadə edə bilmə bacarığına malikdirlər və özlərini güzgüyə baxdıqları zaman tanıya bilirlər. Göründüyü kimi, nə insan meymundan, nə də meymun insandan törəmişdir. Yalnızca bir-birləriylə qohumdurlar. Bunun bir çox dəlili mövcuddur.

İnsan - meymun münasibətləri - Taryel Abdullayevin yazısı


MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ