İnsan bilmədiyi sirri yaxşı saxlayır - Uinston Çörçill

Tarix:9-07-2019, 13:36 Baxış Sayı:78

İnsan bilmədiyi sirri yaxşı saxlayır - Uinston Çörçill
Uinston Çörçill Ədəbiyyat üzrə Nobel mükafatına (1953) layiq görülən ilk baş nazirdir.

Manera.az bu maraqlı şəxsiyyətdən müəyyən sitatları təqdim edir:

Əgər cəhənnəmin içindən keçirsinizsə, dayanmayın, yolunuza davam edin.

Düşmənlərin var? Yaxşı. Demək nə vaxtsa həyatında nəsə etmisən.

İstənilən krizis - yeni imkanlar deməkdir.

Ağıllı adam təkcə özü səhv etmir, başqalarına da səhv etmək imkanı yaradır.

Demokratiyaya qarşı ən yaxşı vasitə - orta səviyyəli seçici ilə beşdəqiqəlik söhbətdir.

Uğur - ruh yüksəkliyini itirmədən bir uğursuzluqdan digərinə doğru getməkdir.

Şahin külək istiqamətinə uçarkən yox, küləyə qarşı uçarkən daha yüksəyə qalxır.

Heç vaxt fikrini dəyişməyən insan axmaqdır.

Kapitalizmin təməl qüsuru - xoşbəxtliyin qeyri-bərabər bölgüsü, sosializmin təməl qüsuru - səfalətin bərabər bölgüsüdür.

Qartallar susanda, tutuquşular çərənləməyə başlayır.

Hakimiyyət - tiryəkdir. Ondan bir dəfə daddınsa daha qurtula bilmirsən.

İstənilən adamın həyatında öz "böyük şansı" ilə toqquşduğu məqam olur, amma bədbəxtlikdən çoxu sadəcə qalxır, üst-başını çırpır və sanki heç nə olmamış kimi yoluna davam edir.

Sağlamlıq və var-dövlət arzusunda olmayın, bəxt arzulayın, axı "Titanik"dəkilər də varlı və sağlam idilər, amma yalnız bir neçəsinin bəxti gətirdi.

Həqiqət şalvarını geyənə qədər yalan dünyanın yarısını dolaşır.

Siyasət də müharibə kimi cəzbedici və təhlükəlidir. Müharibədə sizi cəmi bir dəfə öldürürlər, siyasətdə isə bu, dəfələrlə baş verə bilər.

Çox sadə zövqüm var, yaxşı şeylərdən asanlıqla ləzzət ala bilirəm.

Mübahisə zəminində son sözü demək istəyirsinizsə, opponentinizə "Məncə, siz doğru deyirsiniz", - söyləyin.

Erkən səhv edənlər böyük üstünlük qazanırlar, çünki öyrənməyə vaxtları çox olur.

İnsan bilmədiyi sirri yaxşı saxlayır.

Donuzlara hörmətim var. İtlər bizə aşağıdan yuxarı, pişiklər isə yuxarıdan aşağı baxır. Bircə donuzdur bizə eyni səviyyədən baxan.

Müharibədə özgə maraqları uğrunda tamamilə günahsız adamlar həlak olur.

Həyatda ən böyük dərs odur ki, bəzən axmaqlar da doğru söyləyir.

İnsanı satın almaq, onu öldürməkdən min dəfə yaxşıdır, üstəlik, ölməkdənsə, satılmaq məsləhətdir.

Biz böyük hadisələr və balaca adamlar dövründə yaşayırıq.

Səbrlə böyük hörmət qazanmaq mümkündür.

Rus dilindən tərcümə etdi: Əyyub QİYASБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ