Həyat bizi kart kimi paylayır - Maksim Qorkidən sitatlar

Tarix:30-04-2019, 19:25 Baxış Sayı:75

Həyat bizi kart kimi paylayır - Maksim Qorkidən sitatlar
150 il əvvəl 188-ci ilin 28 martında dünyaca məşhur rus yazıçı və mütəfəkkiri Maksim Qorki dünyaya gəlib. Ədəbiyyat üzrə beşqat Nobel nominantı SSRİ-də ən çox çap olunan yazıçı idi: 1918-1968-ci illərdə onun əsərlərinin ümumi tirajı 240 nüsxə idi.

MANERA.AZ Maksim Qorkinin 150 illiyində seçilmiş sitatlarını təqdim edir.

Bütün kilsələrin əsas işi budur: bədbəxt kəndliyə təlqin etsin ki, onlar üçün yerdə xoşbəxtlik yoxdur, səadət onları göylərdə gözləyir. Və özgəsinə katoqra zülmüylə işləmək Allaha xoş gedir.

Əgər birinə tez-tez “sən donuzsan” desən, o, əvvəl-axır xortuldamağa başlayacaq.
Həyat bizi kart kimi paylayır - Maksim Qorkidən sitatlar
Həyatın iki forması var: Çürümək və yanmaq. Tamahkarlar və qorxaqlar birincini seçir, alicənablar və cəsurlar ikincini...

Həyat bizi kart kimi paylayır. Yalnız təsadüfən və bir anlığa biz öz yerimizə düşürük.

Yalan qulların və ağaların dini, həqiqət isə azad insanın Allahıdır.

Bilikdən böyük qüvvə yoxdur, biliklə silahlanmış şəxs məğlubedilməzdir.
Həyat bizi kart kimi paylayır - Maksim Qorkidən sitatlar
Bədbəxtlərin bəlası olan yaddaş keçmişin daşını da canlandıra bilər, zəhəri belə bala çevirə bilər...

Əsgərin tüfəngiı olan kimi ədəbiyyatçının da silahı dilidir. Silah nə qədər yaxşı olarsa döyüşçü o qədər güclüdür.

Vicdanlı müəllim həmişə diqqətli şagird olmalıdır.

Həqiqət budur-İnsan! Hər şey İnsanda, hər şey İnsan üçündür!

Mövcud olan yalnız insandır, qalanları onun əllərinin və beyninin məhsuludur. İn-san! Çox möhtəşəmdir. İnsan - çox qürurvericidir!./kulis.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ