Məhəbbət iki zəif insanın görüş anıdı

Tarix:17-11-2018, 20:19 Baxış Sayı:58

Məhəbbət iki zəif insanın görüş anıdı
Manera.az 1952-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatçısı Fransua Moriakın aforizmlərini təqdim edir:

***
Gözəl vaxtlarını yada salanda sənə elə gəlir ki, ondan sonra həyatında heç nə baş verməyib.

* * *
Məhəbbət iki zəif insanın görüş anıdı.

* * *
Kişi qadını daha çox tanıdıqca, onun barəsində təsəvvürü bəsitləşir.

* * *
Paris insanların məskunlaşdığı bir səhradı: əyalət şəhəri, dörd bir yanı qələbəlik olan tənhalıq.

* * *
Sirk əsl incəsənətin son dayanacağıdı.

* * *
Diktaturanın yeganə üstünlüyü, səni seçkilərin nəticələrini bilmək üçün saatlarla radioqəbuledici qarşısında oturmaq əzabından xilas etməyidi.

* * *
Ən baha başa gələn qadın, özünü satmayan qadındı.

* * *
Narkomanlıq uzunmüddətli ölüm həzzi yaşamaqdı.

* * *
Sevmək başqaları üçün görünməz olan möcüzəni görməkdi.

* * *
Hansısa inanc naminə ibadət etmək lazım deyil, ibadət et ki, inanasan.

* * *
Bəzi insanlar Tanrıya bütün ağır işləri onların əvəzinə görəcək bir xidmətçi kimi baxırlar.

* * *
Xristian Dostoyevskinin əsərləri Prustun əsərlərindən daha yüksəkdə dayanır. Çünki Dostoyevski öz cinayətkar və fahişə qadınlarını alçaltsa da, onları artıq öz günahını yumuş məxluq kimi görür.

* * *
...Yeri gəlmişkən, heyrətamiz bir məsələ var: biz Floberi və Stendalı nə qədər sevsək də (Tanrı şahiddi ki, mən onları nə qədər sevirəm!), hiss edirik ki,Tolstoy və Dostoyevski onlardan daha dərindi. Çünki hər iki rus yazıçısı başqalarının bilmədiyi sirdən agahdı.

* * *
Məni Berdyayevə heyrətləndirən, bu inqilabçının mahiyyət etibarilə Tolstoyun, xüsusən Dostoyevskinin, müəyyən qədər də İbsen və Nitsşenin təsiri altında olmasıdı. Materialist rasionalizm onun üçün qəbulolunmazdı və o, bunu alınmamış cəhd hesab edir. Hələ marksist olduğu dönəmlərdə o, mənim inandıqlarıma inanırdı. O, Məsihlə birlikdə idi; hesab edirdi ki, Oktyabr inqilabı «rus mədəniyyətinin yüksək dəyərlərinə qarşı əsl qətliam» həyata keçirib. O, hətta cürət edib belə yazmışdı: «Lenin fəlsəfi və mənəvi baxımdan dəhşətli dərəcədə geridə qalmış bir adamdı».../Yaşar, aydinyol.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ