Yarımçıq roman - Hekayə » Manera.Az

Yarımçıq roman - Hekayə

Tarix:3-08-2018, 15:53 Baxış Sayı:75

Yarımçıq roman - Hekayə
Yarımçıq roman
Akif Özqana


Ömər Küçükmehmetoğlu 1979-cu ildə Qəhrəman Maraşda doğulub. 2005-ci ildə Qırğızıstanda Manas Universitetini bitirib. 2017-ci ildı İstanbul Universitetinde doktorluq müdafiə edib. Hazırda Beynəlxalq Əhməd Yasəvi Universitetində Türkologiya İnstitutunun müdiri vəzifəsində çalışır. Azərbaycan ədəbiyyatından bir sıra yazıçılarımızın əsərlərini Türkiyə türkcəsinə çevirib.

Qadıköy sahilinə yaxınlaşan avtobus digər avtobusların arasından keçib özünə uyğun bir yer tapdı. Orada dayandı. Yolçular qapı açılar-açılmaz yük çantalarıyla aşağı endilər. Onlar da bu bayağı tempə uyğunlaşdılar. Vaxt itirmədən Umraniyə avtobusuna keçdilər. Evə ən yaxın dayanacaqda avtobusdan endilər. Birlikdə addımlamağa başladılar. Dörd yol kəsişməsinə çatanda sola döndülər. Sürətli addımlarla ara küçələrə girdilər. Əlində təkərli yük çantası vardı. Dolam-dolaşıq küçələrin arasında meyvə satanın yanından keçdilər, boz binanın qarşısında dayandılar. Cibindən açarları çıxarıb binanın giriş qapısını açdı, dostunun içəri keçməsi üçün qapının bir tayını özünə tərəf çəkib ayağı ilə örtülməsini əngəllədi. Bir mərtəbə aşağı endilər. Qalın və enli açarla evin qapısını açması uzun çəkmədi. İçəri keçib ayaqqabılarını çıxardılar və qapını bağladılar.

Qonaq uzaq diyardan gəlmişdi. Yük çantasını götürüb qonaq üçün hazırladığı otağa qoydu. Dostu heç bir söz demədən çantasını açdı və gətirdiyi şeyləri boş dolablara yerləşdirməyə başladı. O, qonağı tək qoymaq üçün otaqdan çıxdı. Biraz dincəldikdən sonra elektrik çaydanda su qaynatdı. Tələm-tələsik çay dəmlədi. Pəncərənin qarşısına gələn pişiyə çörək qırıntıları verdi. Çay dəm alana qədər gedib divanda uzandı. Biraz keçdikdən sonra yerindən qalxdı. İki fincan çay süzdü.

Çayın yanına limon da doğrayıb qoydu və orta otaqda qonağın oturduğu divanın önündəki masaya apardı. Keçib dostunun qarşısında oturdu və öz çayına bir dilim limon atdı. Barmaqlarını bir-birinə keçirib çənəsinin altına qoydu. Üzünə dərin düşüncəli bir ifadə verdi. Biraz gözlərini qısdı və hardan başlayacağını götür-qoy etdi. Əvvəlcə bir qərbli filosofun sözünü yadına salıb deməli, sonra da klassik yazıçılar haqqında nələrsə danışmalı idi. Birdən duruxdu. Görəsən, qərbli filosofun sözüylə başlayımmı - deyə, özünə sual etdi və yenə düşündü. Nədənsə bu düşüncələrini kənara qoyub vərdiş etdiyi şəkildə sözə başladı:

- Zeynal, İstanbula bir daha xoş gəldin. Sabah gedib Çap evi ilə təlif müqaviləsini bağlayarıq, inşallah!
- Bir daha xoş gördük, Kənan. Çap evi burdan çoxmu uzaqadı?
- İstanbula yaxın məsafələr də bir-birinə uzaqdır... Ancaq harada olursa olsun, bütün hallarda gedəciyik, nigaran olma! Neçə saat uçdunuz? Yolçuluq yorucu olmadı ki? Biraz yolçuluqdan danış.
- Hardasa üç saata yaxın uçduq. Havadakı təzyiq dəyişikliyi biraz adamı yorur. Əzizim Kənan, artıq qabaqkı kimi gənc də deyilik.
- Elədir. Zaman insanı təpəgöz kimi yeyib bitirir.
- Təyyarədə romanın tərcüməsini təkrar oxudum və çox bəyəndim. Əllərin var olsun.
- Hə, roman gözəl, ancaq bizdə kitab satışı çox fərqli. Bu kitabın necə satılacağını bilmirəm, ancaq çap edilməsi üçün əlimizdən gələni edəcəyik.
- Bizdə də ta, qabaqkı dövrdə olduğu kimi yüz min tirajla kitab çap olunmur. Tirajlar beş yüzə, hətta üç yüzə qədər düşdü.

Zarafatla sözünü kəsdi...
- Sənin iki əsərin çap olunsu burda. Həm də bin tirajla... Bu da çap olunsa qarşında yeni qapılar açılacaq. Hərdən deyirlər axı, filankəsin qiyməti öləndən sonra bilindi. Biz vaxt itirmədən sənin əsərlərini çap etdirək ki, heç olmasa atmış yaşında şöhrəti yaxalaya biləsən. Yoxsa sən də klassik yazıçılar kimi öləndən sonra məşhur olma, dostum.
- Kənan, sən allah, öləndən sonra məhşurluq nəyimə lazımdır?
- Sənətçilər adətən öləndən sonra məşhur olurlar axı. Sağlıqlarında qiymətləri bilinmir.
- Bizdə də elədir, bir fərq yoxdur.
- Kitab yaxşıdır, ancaq biraz dəyişiklik eləsək daha yaxşı olacaq. Məsələn, romanın qəhramanını o qızla tanış eləmə. Hə, bir də, aradakı arvadbazlıqlıqla bağlı hissəni çıxarmaq lazımdır. Dəymə, arvadbazlıq eləməsin.
- Bəs necə edim?
- Bizdə bəzən allahla bağlı kitabların iki min tirajla 28-ci dəfə çap edilidiyi olur.
- Eləmi?
- Hə. Sən də qəhrəmanı qızla tanış etmək yerinə, onu qatarda nurani bir qoca ilə tanış elə. Qoca gəncə Allahdan danışsın. Gənc də bu günə qədər allahı tanımadığını desin. Sonra ilk stansiyada ensin və ölkəsinə qayıtsın. Həyatında dəyişikliklər başlasın, yeniliklər baş versin. Romandakı atmosferi yaxşıca mücərrədləşdir. Daha sonra gənci Həccə göndər. Həccə yollananda onu göz yaşları içində burax və romanı bitir. Yolçuluğun qalan hissəsini oxucu özü tamamlayar. Bax, o zaman kitab nə satılar...
Zeynal duruxdu. Dərin düşüncələrə daldı. Bir qarışıqlıq içərisindəydi. Sonra başını qaşıdı.

Niyə olmasın – dedi.
İkisi də güldülər.
Sabahısı gün birlikdə yenidən Qadıköyə getdilər. Qadıköydə ara prospektlərdə addımladılar, kafelerin qarşısından keçdilər. Hər yer kafe və restoran idi. Soruşa-soruşa Çap evini tapdılar. Binanın qapısından içəri girdilər. Çap evinin zəngini basdılar. Qapını sırqalı bir gənc açdı. Onları içəri dəvət etdi və redaktorun otağına apardı. Redaktor xoş gəldiniz dedikdən sonra ikisinə də oturmaq üçün yer göstərdi. Redaktor 50-55 beş yaşlarında olardı. Arxaya daranmış ağ-qara saçları, gözündə eynəyi, çənəsinin altındakı gur saqqalı, əlindəki tənbəki və stolun üstündəki fincandan aradabir qurtumladığı qəhvəsi ilə otaqdakı orijinasal əşyaları tamamlayırdı. Qısa və biraz rəsmi söhbətdən sonra mövzuya keçdilər. Əvvəllər e-mail və telefonla danışmışdılar.
- Zeynal bəy romanın müəllifi, mən isə əsərin tərcümə edənəm.
- Hə, Zeynal bəy, romanın tərcüməsini oxuduq və bəyəndik. Heç bir problem yoxdur. Xırda orfoqrafiya düzəlişləri elədik. Sentyabr ayı çap etməyi planlaşdırırıq. Elə indi təlif müqaviləsini bağlayaq.

Redaktor tənbəkisindən bir qullab vurdu və tüstünü yavaşca çölə çıxardı. Telefonu əlinə götürdü və işçisinə nəsə dedi. Biraz keçdi. İşçi əlində qovluq içəri girdi və gətirib redaktorun qabağına qoydu. Qovluğun içində sənədlər vardı. Bu, təlif müqavilədi idi. İki ədəd hazırlanmışdı. Müqaviləni yaxşıca oxuyandan sonra öncə Eyvaz bəy, sonra isəc redaktor imzaladı. Qısa bir söhbətdən sonra hörmət əlaməti olaraq redaktordan icazə istəyib qalxdılar. Redaktorla sağollaşıb, sevinclə ayrıldılar. Onları yenə sırqalı gənc yola saldı. Tarixi binaların qarşısından keçərək sahilə tərəf addımladılar.

Avtobusların siqnal səsləri, maşınların xoruldusu, telefonla danışan gənclər və qağayıların səsi bir-birinə qarışmışdı. Onlar bu bütünlüyün bir parçası olaraq, sevinclə bir ahəng içərisində sahilə tərəf gedirdilər. Həyat sel kimi gedirdi. İki dost zamanın artıq geridə qalan səhifəsinə imzalarını atmışdılar. Roman cavan oğlanın arvadbazlığı, gənc bir qızla eşq yaşadığı səhnələrlə birlikdə çap ediləcəkdi. Kitabın nə qədər satılacağını bilməsələr də, min tirajla yayımlanacağını artıq çox yaxşı bilirdilər...

Azərbaycan türkcəsinə uyğunlaşdıran: Ruslan Dost ƏliБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ