"Ən böyük fəlsəfə yaşamaq üzərində olmalıdır"- Fazıl Say

Tarix:16-11-2017, 14:00 Baxış Sayı:260

"Ən böyük fəlsəfə yaşamaq üzərində olmalıdır"- Fazıl Say


Qalmaqallı türk bəstəkar və pianist Fazıl Sayın "Hürriyet" qəzetinə verdiyi müsahibəni ixtisarla təqdim edirik.

- Bir təqdimatda “mən kültürlər arasında körpüyəm” demişdiz.

- Mənim uşaqlığımdan bu dövrə qədər Türkiyənin Qərbləşmə prosesi ilə bağlı ortaya çıxan bir gerçəklik var: Mən klassik Qərb musiqisi ilə məşğulam, amma türkəm. Türk xalqına çox tanımadığı, bəşəri bir şeyi təqdim edirəm. Betxoveni, Şopeni Türkiyənin bölgələrində, Anadoluda ifa edirəm. Bir bəstəkar kimi də bu torpaqlara məxsus olan musiqini, folkloru, bütün incəlikləri mənimsəyib dünyanın müxtəlif bölgələrində səsləndirdim. Onsuz da xalqlar öz musiqilərinə sahiblənirlər, sadəcə bu sahiblənmə üçün arada bir “tərcüməçiyə” ehtiyac var.

- Sizin əsərlərinizdə Türkiyə ilə bağlı mövzular həddən artıqdır. Beynəlxalq dinləyici kütləsində bu mövzu marağa səbəb olurmu?

- Mənə verilən mükafatlara, dünyanın hər yerində hər il 120-dən çox konsertimə baxsaz, marağı görərsiz. Mən türk bəstəkarıyam, əlbəttə Türkiyədən bir şeylər təqdim etmək daha çox marağa səbəb olur. Mən Almaniyaya gedib alman kimi bəstəkar olsam, bu, maraqsız olar. Tutaq ki, Türkiyədən gedən bir adam niyə alman kimi bəstələsin ki? Musiqilər əslində bəşəri dostluğu formalaşdırır, musiqilər sayəsində insanlar bir-birini tanıyırlar. Sözlərin anlata bilmədiyini not səsləri deyir. Məsələn, Şopeni Hakkaridə ifa etsək, Şopenin içindəki tənhalığı Hakkaridəki insan da başa düşər. Şopen polşalıdır deyə, polyak dilində danışmaq lazım deyil, musiqi hər şeyi izah edir.

- Siz dünyanın böyük paytaxtlarında da, Türkiyənin ucqar kəndlərində də konsertlər verirsiz. Hər iki fərqli kəsimə necə xitab edə bilirsiz?

- Bu, mənim “körpü qurma” özəlliyimi formalaşdırır. Məsələn, “Dörd Şəhər” sonatası Sivas, Hopa, Ankara, Bodrumu işləyir və Türkiyənin 4 ayrı coğrafiyasının folklorunu özündə ehtiva edir. Hopa hissəsində Qafqaz rəqsi və folklor var. Onu pianoda ifa edərək Nyu-Yorka, Tokyoya əslində Hopadan bəhs edirik.

- Beynəlxalq arenada bu qədər sevilir və diqqət görürsüz. Türkiyədəki ilgidən razısızmı?


- Mən Türkiyədə də mükafatlar alıram. Türkiyədə mənə 2009-cu ilə qədər verilən 20-dən çox fəxri doktorluq, fəxri professorluq titulları var. “Türkiyədə klassik musiqi, Fazıl Say dəyər görmür” fikri var, bu, çox yanlışdır. Mənim 4500 nəfərlik salona verdiyim konsertin biletləri iki gün yarıma satıldı. İkinci konserti keçirdik, o, bitdi, bir həftə sonra üçüncü konserti keçirdik. Eyni şeyi Türkiyədə edən ikinci bir ad var; o da Tarkandır. Mənim albomlarım da satılır, konsertlərimə də gəlirlər.

- Almaniyadakı mükafatın təqdimetmə mərasimində Türkiyədəki terror qurbanlarından bəhs etdiz...

- Terror tək Türkiyədə yox, dünyanın hər yerində olur. Parisdə rok konsertində, Nitsada plyajda, Brüsseldə aeroportda... Hər itirilən insan çox önəmlidir, amma biz sadəcə statistikadan danışırıq. İndi biz pis bir dünyanın içindəyik. Bu da dünyada gələcəyi görməyən, baxışsız siyasətlərin məhsuludur. Məni ən çox narahat edən şey də budur; Dünyada çoxlu müharibə və silah sözü keçir, bunlar çox təbiiləşməyə başladı, halbuki, ən böyük fəlsəfə yaşatmaq üzərinə olmalıdır.

- “50-dən çox mükafat aldım, amma pişiklərim mükafatlarımı qırdılar” demişdiz. Neçə pişiyiniz var?

- Evimdə çox pişiyim olub. Qızım Qumru pişikləri sevərdi. Evə girən, qaçan, ölən-cəmi 20-yə yaxın pişiyimiz oldu bizim. Pişiklər rəflərdəki mükafatları qırırdı. İndi Qumru xaricdədir, o pişikli dönəmlərimiz bitib. Amma mən pişiklər üçün darıxıram.

Tərcümə etdi:
Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ