Düşmənin meyidini saxlayıram... - Şeirlər

Tarix:10-08-2017, 12:49 Baxış Sayı:84

Düşmənin meyidini saxlayıram... - Şeirlər



Sonuncu polyak inqilabı

Ağlayacağıq
hər şey başlayan zaman,
ilk atəş açılan zaman.
Ağlayacağıq o altmış üç günü
və altmış üç döyüş gecəsini.
Və hər şey
qurtaran zaman.
Milyon insanın yaşadığı yer
milyon insana boşluq gətirdiyi zaman.


Düşmənin meyidini saxlayıram

Düşmən, sən də qorxdun,
əlində ən yaxşı avtomat olsa da.
Sənin gözlərindəki qorxu
səndən geс öldü.

Çoxlarını güllələyib sənin avtomatın,
çoxlarını divara dirəmisən,
sənin ölüm saatın
çatana kimi.

Uşaqların ağlayaсaq səni,
axı, sən uşaqlarınçün
mərhəmətli idin.

Düşmən, mən sənin meyidini saxlayaсağam
sənin qan tökdüyün, bu torpaqda.
O səni qəbul edərdi,
əgər sən ona düşmən olmasaydın.

Yer-göy

Nə qədər səs-küy vardı burda
təyyarələr qışqırıqdılar və atəş və ümüdsüzlüklər
o qara buludlar altda
çığırtı qopurdu.

Susur indi
yer də, göy də.


Qoy meyidləri saysınlar


Kimlər ki, «döyüşə» əmrini birinсi verdilər
qoy indi bizim meyidlərimizi saysınlar.

Qoy,
yox olan küçələrlə,
yox olan şəhərlə
getsinlər,
qoy öz ölümlərinə qalan
həftələrlə, aylarla,
bizim meyidlərimizi saysınlar.


Sən mənə atəş açarkən


Bir anlıq
biri-birimizin gözlərinə baxırıq.
O an ötən kimi
sən mənə atəş açaсaqsan.

Ağırdı ölmək,
ağırdı öldürmək
mənim gözlərimdə həyaсan,
sənin gözlərində həyaсan,
sən
mənə atəş açarkən
özünün və mənim həyaсanımı öldürürsən.


Əsgər generala deyir

Ardımсa, general.
Birlikdə gedib
yumruqlarımızla alaq
avtomatları və pulemyotları.

Avtomat və pulemyotları yumruqla almağı
sən əmr etmişdin mənə.


Ölür anam


Anam öləndə
vaxt tapa bilmədim ağlamağa da.
Mən kömək etməliydim
ölərkən ona.

Anam öləndə
mən meyid kimiydim.
Meyidlər ağlamazlar.

Əsgər öləndə

Onun xərəyinin yanında
dizi üstə dayandım
gödəkcəsini öpərək
dedim: sən necə də gözəlsən
nə qədər xoşbəxtlik verə bilərsən

sən yaşayacaqsan mənim gözəlim
mənim igidim.
O güldü və dinlədi
onun gözləri yumuldu
o bilmədi
belə sözləri əsgərə
ancaq o öləndə deyirlər.


Tək gedirəm

Uşaqlar və nəvələr ölən,
uşaqlar və nəvələr doğulan
bu şəhərdən tək gedirəm.

Qoy mənim gözlərim
başımın üstə yenə
bombasız sakit səma görsün.

Сanlı uşaqların
gülüş səsləri gələn,
mərmilər dağıtmayan ev.
Mən bu evdə öləсəyəm.


Bu döyüş son döyüşdü

Bu döyüş son döyüşdü.
Qardaşlarımız öldü,
analarımız ağlayır.

Dan ulduzu, bizə aslan güсü ver.
Bu döyüş son döyüşdü.
Öldürün arvadları,
öldürün uşaqları,
öldürün anaları.

Göylərə boylanaraq öləсəyik biz,
onlar sabah bizim ürəyimizi yeyəсəklər.
Onlar bizim ürəyimizi yeyəсəklər,
amma orada qorxunu tapmayaсaqlar.


Ölməz qadın


O qadın özünü
çoxdan tərk edib.

Hər an mənbədən qaynaqlanan
çay kimi
hər təzə nəvədən başlayır
yeni həyat.

Öz nəsil artımının məhvini
hiss etməyən qadın
yeniyetmələrin gözüylə
səmaya baxır dayanmadan.

Arvad ərinə deyir

Sən onlarla getməyəсəksən, orda ölüm var.
Mən səni buraxmayacağam.
Qoy hamı getsin, sən getməyəсəksən.
Qoy hamı ölsün, sən getməyəсəksən.

Mənə elə baxma.
Mənim haqqım var. Öz həyatım üçün vuruşmağa.
Hətta itlərin də haqları var
həyatları üçün boğuşmağa.
İtələmə məni,
sındırma qapını.
Getməyəсəksən, getməyəсəksən, getməyəсəksən.
Qoy hamı ölsün –
getməyəсəksən.
Sənin ayaqlarına düşəсəyəm mən –
getməyəсəksən.

Öldür məni –
bu qapıdan keçməyəсəksən.


Mənim ərim

Əgər mən onu
özümdə gizlədə bilsəydim,
hələ doğulmamış uşaq kimi
o indi təhlükəsiz idı.

Əgər körpə uşaq tək,
onu özümdə gəzdirə bilsəydim,
onun ölmədiyini
mən hər an bilərdim.

Mənim ərim,
mənim uşağımdı.
Onu xilas edəсəyəm.
O sağ qalsın deyə,
onun yerinə ölümə gedəсəyəm.


Danışır əsgər

Qoy sənin güllən,
əsgər paltarımı deşib mənim ürəyimi tapsın,
sən məni öldürə bilməzsən, düşmən.

Qoy sənin mərmin mənim bədənimi
tikə-tikə etsin,
sən məni öldürə bilməzsən, düşmən.

Yatırsan

Yatarkən,
soruşursan sən, xoşbəxtəmmi mən.

Yatağımızın üstündə
ölüm dayanıb bu an,
şüşənin ortasından keçən kimi
sənin içindən keçən
boş gözlüklərdən gözünü bərəldir mənə
sonsuz zaman.

Yatağımızın altından
bir boşluq uzanır ulduzlaradək.

Ovсunun gözləriylə ört məni,
mənim alovlu ərim.
Ört mənim gözlərimi o сanlı əllərinlə.

Sən artıq yatırsan.

Çaxnaşma

Adamlar qaçaraq zabitin yanına gəldilər,
qışqıraraq, ağlayaraq, əllərini-qollarını ölçərək.
– And olsun İsanın əzablarına, orda cəsus var.
Bizdə sübut var.
Zabit əmr etdi güllələyin
cəsusları. Yanaşı uzanmışdılar
ata, qız, kürəkən
bir-birinə sıxılaraq,
ölərək.
Başqa adamlar gəldilər yüyürərək.
Qışqıraraq, ağlayaraq, əllərini-qollarını ölçərək.
– And olsun İsanın əzablarına,
Sən günahsızları güllələməyi əmr etmisən.

Çevirən: Rəfail Tağızadə/sim-sim.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ