"Qaranquşun məhəbbəti"- Tərcümə

Tarix:1-07-2017, 00:26 Baxış Sayı:105

"Qaranquşun məhəbbəti"- Tərcümə


Manera.az Turan Etibaroğlunun tərcüməsində türk yazıçısı Tuncər Cücenoğlunun "Qaranquşun məhəbbəti" hekayəsini təqdim edir.


Günlərin bir günü qaranquşun biri bir insana aşiq olur və onun pəncərəsinin qabağına qonub adama belə deyir:
"Mən səni çox sevirəm, xahiş edirəm pəncərəni aç və məni içəri burax birlikdə yaşayaq".

Adam: "Olmaz, Sən bir quşsan harda görülüb ki,bir quş adama aşiq olar?" söyləyib quşa

Qaranquş təkrar: "Xahiş edirəm, pəncərəni açıb məni içəri burax, birlikdə yaşayarıq. Həm də mən sənə dost və yoldaş olaram, sənidə incitmərəm,heç ürəyində sıxılmaz mehriban olub birlikdə yaşayırıq,".

Adam yenə: "Olmaz səni içəri buraxa bilmərəm, get başımdan" - deyə cavab verir.

Üçüncü və son dəfə quş adamın pəncərəsinin qabağına qonub adama yenidən belə deyir:
"Xahiş edirəm, məni içəri burax artıq soyuqlar da başladı çöldə qala, bilmərəm.Mən isti havalarda yaşayan quşam,Məni içəri buraxmasan başqa isti ölkələrə getmək məcburiyyətində qalıram. Xahiş edirəm, məni içəri burax burada səninlə birgə qalım. Birlikdə yemək yeyib çiyninə qonub səni əyləndirərəm.Həm sən də mənim kimi təksən" deyir

Adam ona: "Əl çək məndən get burdan ! Mən tək qalıram". Deyib quşu qovur.

Qaranquş da bu cavab eşidib kədərli bir halda uçur və uzaqlara gedir.Qaranquş uzağa gedəndən sonra adam bir müddət düşünür və öz özünə deyir: "Mən nə axmaq, nə qədər ağılsız bir adamam, niyə qaranquşla birlikdə qalmağı qəbul eləmədim? Nə yaxşı birlikdə qalardıq" deyir və çox peşman olur. Peşman olsada necə deyərlər “Sonrakı peşmançılıq fayda vermir”

"Necə olsada, istilər başlayanda həmin qaranquş yenə gələr, mən də onu içəri alaram birlikdə xoşbəxt bir həyat sürərik". öz-özünə hər zaman belə fikirləşir və pəncərəsini hər zaman açıq qoyub onu gözləyir.

Yay fəsli yenə gəlir,qaranquşlar da gəlməyə başlayır, amma onun qaranquşu gəlmir.Yayın sonuna qədər heç pəncərəsini bağlamır və pəncərənin yanında gözləyir amma çifayda qaranuş gəlib çıxmır. Gələn qaranquşlaradan soruşur amma onun qaranquşunu görən olmur.
Sonda bir müdrik qocaya başına gələni danışmaq üçün, bu barədə məsləhətləşmək və ondan məlumat almaq üçün qocanın yanına gedir.

Müdrik qocaya hadisəni danışdıqdan sonra müdrik ona belə deyir:"Qaranquşların ömrü 6 aydır!" adam kor-peşman evinə qayıdır.

Həyatda bəzi fürsətlər var, ömründə bir dəfə insanın əlinə keçir və qiymətləndirmək lazımdır yoxsa uçub gedər...

SON...

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ