manera.az
manera.az

Filosoflardan və düşüncə adamlarından aforizmlər- TƏRCÜMƏ

Filosoflardan və düşüncə adamlarından aforizmlər- TƏRCÜMƏ


Manera.az filosoflar və düşüncə adamlarından aforizmləri təqdim edir.

Platon deyirdi: “Söylənən hər şeyin sorğulanmaya və tənqidə açıq olmağı lazımdır. Mübahisə və sübut fəlsəfə üçün həyatdır. Qısaca, fəlsəfə ilə məşğul olmaq üçün iki nəfər mütləqdir və fəlsəfə başqaları ilə birlikdə həqiqət arayışıdır”.
***

Kant yazırdı ki, fəlsəfənin işi qadağalar qoymaqdan ibarət deyil. Fəlsənin məqsədi ortaq ağlın təlqin etdiklərini həll etməkdən ibarətdir.
***

Heraklit iki məşhur aforizmi ilə yaddaşlarda qalıb: 1) Görünməyənlərin əlaqələri görünənlərdən daha güclüdür. 2) Ehtiraslarla savaşmaq çətindir, çünki qarşılığını ruhlarla ödəyirsən.
***

Horak Valpol deyirdi: “ Bu dünya düşünənlər üçün komediya, hiss edənlər üçün isə tragediyadır. Ona görə, Demokrit gülürdü, Heraklit isə ağlayırdı”.
***

Empedokl bu fikirə inanırdı: “Hamı sadəcə öz təcrübələrinə inanır”.
***

Epiktet söyləyirdi: “Sabah başqa bir insan olacağını deyirsən. Bəs bu gündən niyə başlamırsan”?
***

Don Herold yazırdı: “Ayrılıq balaca ehtirasları unutdurar, böyükləri isə qüvvətləndirər”.
***

Oskar Uayld: “ İnsanlar xətalarını xoşbəxt yox, bədbəxt olanda anlayarlar”.
***

Molyer: “Həyatda tək fikirdən daha təhlükəli heç nə yoxdur”.
***

Şekspir: “Arzulamaq bilməkdən əsasdır”.

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930