Burda üzüm od tutub yandı- Rəsul Yaqudinin şeiri/ MANERA.AZ

Tarix:11-01-2017, 13:00 Baxış Sayı:205

Burda üzüm od tutub yandı- Rəsul Yaqudinin şeiri/ MANERA.AZ



Manera.az Oktay Hacımusalının tərcüməsində başqırd şairi Rəsul Yaqudinin şeirini təqdim edir.
***

Burda hər şey soyuq,
İnsanın iliklərinə işləyir
Dondurucu
şaxta.
Burda üzüm od tutub yandı.
Burda,
Ulduzların arasında,
Parça – parça olub bölünür kainat.

Uzatsam ayaqlarım yer kürəsinə dəyəcək.
Burada hər şey qapqara.
Yollar islanıb yağış yağanda.
Gözlərini qıyıb
Mayami sahillərində uzanan bir gözəlçənin ayaqlarıına baxır
Qoca bir kişi ağ qara televizorda.

Burda göy üzü tərtəmiz
Meydanlarda qaralan insanlar yumruqlarını sıxıblar.
Üz dəyişdirirlər hər gün insanlar kosmetoloqun yanına gedib
Plastik pəncərə dəyişdirirmişcəsinə.
Pəncərənin o üzündə yeni bir dünya
Sərin,
Təmiz .
Günəşli.
Bir az da kölgə olsa, nəyə desən dəyər
Bir ovuc buz üstündə qurulan yeni dünyada…

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ