Lütfən, getmə- Yana Bayqocayevanın şeirləri/ MANERA.AZ

Tarix:9-01-2017, 09:00 Baxış Sayı:228

Lütfən, getmə- Yana Bayqocayevanın şeirləri/ MANERA.AZ


Manera.az Oktay Hacımusalının tərcüməsində Yana Bayqocayevanın şeirlərini təqdim edir.
***

Mənə elə gəlir ki, səssizcə yaxınlaşıram
Səsin sərhədinə.
Və budur rəqsə başlayıram
Rəqsim
Ayaqlarımı yerə vurmaqdan ibarətdir.
Başım fırlanır
Musiqinin sürətindən
ətrafda tanış simalar,
səhnədə dəyişir
tez – tez dekorasiyalar,
təbəssümləri və kədərləri
tamaşaçıların
* * *

Mən – çiçək açan ağac və od tutub yanan ocaq,
Mən – durmadan uzaq, doğma sahillərdən əsən
Külək.
Sən maralların arasında arxamca düşüb
Məni qoruyur
Tundranın dəhşətli həyatından
Və torpağın sərt üzündən.
Məni elə sev ki,
Bizə əbədi həyat verilib
Sevincimizdən uçuruq!
***

Sən uzaqsan artıq,
Keçmişdə qalmısan
Bu dünyada qovuşmağı ən çox istədiyim xəyal kimi.
Gözəl, yamyaşıl
Suların ortasındakı
Bir ada kimi.
Hər gün dalğaların zərbələri altında
Mənim iradəmin əksinə böyüyən arzularımsan
Uzaq, daha çox uzaq
Yerlərə sürüklənən
Xəyallarım çox şirin,
Həyatın məhvərindəki
Arzularsa çox bahalı.
Fövqəldünya haqqında
İnsanların yarada bilmədiyi eşq,
Arzular,
Xəyallar,
Saleh röyalar
Həddindən artıq gözəl olur.
Amma sən getmə,
Oyanma bu yuxudan nə olursa olsun.
Oyanma, yuxudan kənarda olan heç nə,
Heç kim gerçək deyil.
Adadan, yuvandan və mənim sevgi odamdan
Vaz keçmə
Başının üstündəki Göy üzü qaranlığa qərq olmasın.
Günəşi bəd nəzərlərdən qoruyan
Dağdan ağır buludlar
Uzaq qalmasın qoy öz yoldaşlarından –
Soyuq, sərt küləklərdən.
Dediqodulara, söz – söhbətlərə, rəvayətlərə, xırdaçılıqlara,
Səmimiyyətdən uzaq hisslərə aldanıb
Lütfən, getmə…

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ