Ehtiyac yox pəncədən atılan daşa- Vadim Muratkanovun şeirləri/ MANERA.AZ

Tarix:27-12-2016, 12:00 Baxış Sayı:212

Ehtiyac yox pəncədən atılan daşa- Vadim Muratkanovun şeirləri/ MANERA.AZ


Manera.az Oktay Hacımusalının tərcüməsində Vadim Muratkanovun şeirlərini təqdim edir:

***
Necə qaçdıq biz axı
dik yamacdan aşağı -
yadıma gəlir çox sürətlə gedirdim
saxlaya bilmirdim özümü
böyük bir yarğan gördüm sonra
bir addım da atdım
sürüşkən torpaqda
vəssalam gözümü yumdum
the end.

hiss elədim iki böyük əlin içindəyəm
süni nəfəs verdilər əvvəl
sonra masaj başladı
elə bil təzə doğulan körpə idim
islaq və qorxaq
ancaq qaralmış torpaq qismət oldu mənə
uçurumun dibində
dünyanı xırda parçalar halında görüb birləşdirmək istəyirdim
alınmırdı
xırda parçalardan günəş şüası düşürdü
gördüyüm göy, dağ, daş
hamısı qırmızıya çalırdı artıq...

***

Meyvə kimi müdrik bir bədənə
Bunu rəva görmək
sadəcə dəlilikdir
yəni onun ritminə ayaq uydura bilməmək.

ayağını uzadır elə hey
tapan kimi sakit bir yer
bədən əsnəyib yuxuya gedir
o da ancaq hiss edir.

yazda gecə vaxtı kinoya baxıram
əriyir martda qarlar.
Üyüdülür gözümün dəyirmanında yaşlar
Çarəsiz bir halda gözlərimi sıxıram.

Mənim göz yaşlarımı çərçivəyə salır həyat,
Bir tərəfdən də isti.
Bir cavan qazax oğlan uşağı ilə
Futbol oynayır vağzalda
əynində idman dəsti.

Günəş bir araba dolusu yükünü
Alıb aparmaq üçün tələsir.
Ağ – qara qanunları pozanlar əvvəl – axır
Təbiətin özünə düşəcək əsir.

Kağızları kəsmə, artıq o, böyüyüb,
Ehtiyac yox pəncədən atılan daşa.
Köhnə bir divanda oturanda yerinə düşər,
Ya xokey, ya da bir gülməli tamaşa.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ