Alnımın qırışları- Renat Xarisin şeiri

Tarix:2-12-2016, 12:56 Baxış Sayı:243

Alnımın qırışları- Renat Xarisin şeiri


Manera.az Oktay Hacımusalının tərcüməsində tatar şair Renat Xarisin şeirini təqdim edir.
**

Alnımdakı Qırışlar


Həyat daha çox alnına silah dayayır kişilərin
Alnında dərin qırışlar yaradır sonra.
Bu da mənim alnımdaki qırışlar... dərindən dərin,
Və xəyallarım – şeirimdən bir misra.
Kim çəkir görən alnıma qırışları: zaman ya tale?
Onlarda ağrı və sirrlilik var,
Onlarda elm və təcrübə…
Alnımızda, qırışlarında başqa nə gizlənib görəsən,
Qırışlarımızın sirrləri açılsa nə görərik orda? -
Şairin qələmi?
Qramafonun iynəsi?
Bəlkə dirijorun çubuğu?..

Alnımdakı qırışlar qara bənzəyir.
Bilinmir amma qarın altından nə boylanacaq?
Ağrı ilə titrəyir bəlkə də bir səs
Sözlər alacaqdır bəlkə də onun yerini
Bəlkə də inanaraq ümid yaradacağam
Və bir günəşli gündə bir dizə dəyəcək…
Bəlkə… Bəlkə…

Hər hansı bir qırış da olmaya bilərdi
Heç bir səbəb olmadan alnımız qırışlanardı ya da.
Onlar – illərin yaratdığı uzun izlər.
Bəlkə də vaxtımız keçdiyi üçün,
Silahları verdilər əlimizə.
Bu günə kimi biz kimin törəməsiyik bilmədik,
Bir vaxtlar, zalim bir dərs aldıq həyatdan,
Bir soyğunçu bir daş atdı
Və ya xəncərini çıxardı
Düşmənlə mübarizəsi ağır keçdi,
ya da ormanda bir ayı yaxaladı,
və bir mizraq… ağacların arasında... gerisi mühüm deyil
Və kimsə bir pis söz işlətdi
Onun ağırlığı alnımızın qırışları içində itdi...

Yəni... alnımın qırışları həyatımın bütün tərəflərini əks etdirir.
Mənim olan və olmayan hər şeyi – çalınmayan bir şərqini.
Taxıl əkilməyən zəmini…
Göy üzündən yağmayan yağmuru.
Korşalmış bıçaqla törədilən cinayəti…
Həm də sevgini…
Bu yaş sevgi yaşı deyil axı,
Alnımın qırışları...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ