"Möcüzə" - Oktay Hacımusalının tərcüməsində

Tarix:28-11-2016, 13:32 Baxış Sayı:237

"Möcüzə" - Oktay Hacımusalının tərcüməsində
Manera.az Oktay Hacımusalının silsilə tərcümələrini təqdim edir.

İlk tərcümə İsrailli Amin Orun "Möcüzə" şeiridir.



Möcüzə

Qovaq budaqlarında bədirlənmiş ay.
Qamaşdırır dan ulduzu balıqçının gözlərini,
qolları dalğaya bənzər.
Qan sürətlənir,
çölə axmağa can atır.
Dan ulduzu ağrıdır dodaqlarını.
Bir radio xışıltısı.
Bircə balıq tutmaq da
möcüzədir onlar üçün.

İsa yeridi suda
sinə ucları şişib böyüyüb güclü küləkdə,
müqəddəs ruh
İsanın yaşlı, şəffaf bədənini şişirir.

Suyun öz həyatı var.
rahibələr, yumru daşlar kimi gölə
göyərçinlərin arasında yuyunmağa gedirlər.
Quşlar heyrandır onların çılpaq bədənlərinə.
Sübh tərtəmizdir.
Şərab ləkəsi gölə yayılır,
çörək tikələri suyun üzündə parçalara ayrılır.
Sübh tərtəmizdir.

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ