manera.az
manera.az

"Anadan yazıçı doğulmuşam" - HÖTE | MANERA.AZ

"Anadan yazıçı doğulmuşam" - HÖTE | MANERA.AZ
manera.az
İohan Volfqanq Höte (1749-1832) Vaymerdə yaşadığı vaxtlarda uzun müddət onun üçün İfigeniyanı təcəssüm etdirən, çox gözəl və savadlı bir xanımla - Şteyn xanımla sıx dostluq edirdi. Onlar arasında soyuqluq 1789-cu ildə yarandı. Bundan sonra Höte oralara tərk edərək, İtaliyaya səyahətə çıxdı. Sonrakı sevgilisi Xristina Vulpius yüngül həyat tərzi keçirən bir qadın idi. Və onların münasibətləri Şteyn xanımla olan hissləri və məktubları kimi intellektual xarakterli deyildi.


31 mart bazar günü
Əzizim, məktubun məni kədərləndirdi. Kaş ki, mən Sizin daxili dünyanızın özünə inamsızlığının səbəbini biləydim. Həyatda nəyisə çox düşünmək, başa düşmək lazım deyil. Yaşadıqca bunu daha da yaxşı anlayıram. Əzizim, mən çox vaxt yaxşı, şən ruhda olsam da, xəyallar mənim kefimi nə vaxt istəsə poza bilir. Mən ilk məhəbbətimi yenə də gördüm. Həyat başıma oyun gətirir. Bu səyahət məni bir çox şeyləri açıq-aydın görməyə imkan vermədi. Sanki mənim keçmiş həyatımın hesabatını aparmalı idi. İndisə hər şey yenidən başlayır. Axı siz hamınız mənimsiniz! Tezliklə gələcəyəm. Hələki Şreterdən ayrıla bilmirəm. Sağ olun! 1976-ci ilin son mart günündə sağ olun!
Leypsiq



25 may cümə günü
Beləliklə, bir qadına duyduğum ən təmiz, ən mükəmməl, ən saf sevgim məhv oldu. Mən buna artıq hazır idim. Sadəcə keçmişim və gələcəyim üçün, o yazıq, qaranlığa məhkum etdiyim uşağa görə çox əzab çəkirəm. Sizi görmək istəmirəm. İndiki halınız məni kədərləndirəcək. Əgər biz bir yerdə yaşaya bilmiriksə, sevginiz də artıq digər kənarda qalan bir çox məni sevələrin məhəbbəti kimi lazımsızdır. İndi tələbatlar hər heyi həll edir. Yanğınsöndürən yanğın sönəndən sonra gəlib çıxır. Bunlar hamısı aydınlıq üçündür. O aydınlıq ki, mənim üçün bir məna kəsb etmir və sənin də mənim "kimimsə" olmağına imkan vermir. Bu, sevgi səsini duymayan sevən bir qəlb üçün çox ağırdır. Salamat qal, əzizim.
24 may 1876-cı il


16-sı, axşam çağı
Bir söz də deyim. Dünən Apoldgildən qayıdanda təsadüfən bir-birilərinə öz macəralarından danışan qusarların (əsgərlərin) söhbətinə qulaq yoldaşı oldum. Mən gah onları dinləyirdim, gah da fikrə dalaraq, danışdıqlarını eşitmirdim. Birdən bu diyarı - Ettersberqi necə də çox sevdiyimi düşündüm. Buraları, bu alçaq təpəcikləri... Və birdən sənin də nə vaxtsa buraları tərk edəcəyini düşündüm. Bu fikirlər ürəyimi bir ox kimi dəldi keçdi. Sən öz xoşbəxtliyini taptığın bir diyarı, sevincin, kədərin nə olduğunu anladığın diyarı da öz vətənin kimi tərk etməli olsan neyləyərəm?... Gözlərim doldu. Və mən bunlara da qatlaşmağa özümdə yetərincə güc olduğunu hiss etdim. Güclü! Deməli, duyğusuz!


1-8 sentyabr 1876-cı il
Əzizim, mən səni niyə incidim ki? Özümü niyə aldadım, səni niyə incidim və s. Biz bir-birimiz üçün çox dəyərli olsaq da, bir-birimizçün "kimsə" ola bilmirik. İnan mənə ki, biz danışanda sən mənim dediklərimlə tam razı idin. Mən hər şeyi olduğu kimi gördüyüm üçün artıq havalanıram. Gecən xeyirə qalsın, mənim mələyim və həm də artıq sabahın xeyir. Mən səni daha görmək istəmirəm... Sən hər şeyi bilirsən. Bunu ürəyim hiss edir. Mən hər nə desəm də mənasızdır. Bundan sonra sən mənə ulduzlar qədər uzaq olacaqsan. Səni kənardan seyr edəcəyəm. Bu barədə yaxşı-yaxşı düşün.
fon-Şteyn xanıma.


22 mart, cümə axşamı
Sənin məhəbbətin ulduz kimidir. Səhər gündoğandan sonra və axşam günəş qüruba gedəndən sonra parlayır. Başımızın üstündə, səmada sanki bir gül çələngi hörür. Mən Allaha yalvarıram ki, bu ulduz mənim həyatımda heç vaxt sönməsin. İlk yaz yağışı bizim görüşə mane ola bilər. Amma, o da biz xoşbəxt olaq deyə çəmənliyi yaşıllaşdıracaq... Bu bizim ömrümüzdən keçən ən gözəl bahardır. Kaş ki bu baharın heç vaxt payızı gəlməsin. Sağ ol əzizim. Mənim sevgilim.
22 mart 1781-ci il
fon-Şteyn xanıma

10 avqust, şənbə
Bu səhər Vilgelmdən olan başlığı bitirdim. Onun əvvəlini sənə danışmışdım. Mənim üçün çox xoş oldu. Axı anadan yazıçı doğulmuşam. Düşüncəmdə olan fikirləri tam dolğun şəkildə ifadə edəndə inanılmaz dərəcədə xoşbəxt oluram. Salamat qal, əzizim. Həyatımın, yaradıcılığımın, yazılarımın ruhunu mənim üçün qoru.

17 sentyabr 1782-ci il, cümə axşamı
Mütaliə etmək və yenə də səni düşünmək üçün evə döndüm. Mən saf vicdanlı adamam. Heç başa düşmürəm necə oldu ki, hayat məni dövlət işlərinə və knyaz ailəsinə saldı.
Sənin üçün yaşayıram, mənim Lottam. Ömrümün hər dəqiqəsi Sənə həsr edirəm. Və sən mənim olaraq qalırsan. Bunu hiss edirəm.
Dünən vidalaşanda sən tam gözdən itənəcən yaylığımı yelləyirdim, səninlə sağollaşırdım. Və şəhəri tərk edəndən sonra aramızda qalan, səni məndən ayıran məsafəni yoduydum.
Yazdığım hekayənin əvvəlini gözdən keçirməyə, ara bir şeirlər yazmağa cəhd göstərdim. Evdə sakitliyim, rahatlığım və kifayət qədər vaxtım olsaydı bəlkə də bu məndə daha yaxşı alınardı.

17 noyabr, bazar
Səhər tezdən, sübh çağı mən ilk ibadətimi etdim. Pəncərənin qarşısında sənə təzim etdim. Bu mənim həyatımda olan yeganə aydınlıq, yeganə işıqdır.
Buludların saf göz yaşları onun üzərinə düşürdü. Ümidvaram ki, bu pis əlamət deyil.
Mən tərk etdiyim və bir də heç vaxt dönməyəcəyim evin yanından keçdim. Heç bir şey anlamadığım keçmişimi və bixəbər olduğum gələcəyimi düşünürdüm. O sığınacağı tərk etməli olanda çox şey itirdim. Bəlkə də bir bağ varıydı məni saxlayan. İndi mən tək sənə bağlıyam, səndən asılıyam. Allaha şükür olsun ki, bu bağlar çox möhkəmdir. Son günlərdə ötən 10 ildə mənə yazılan məktubaları gözdən keçirirəm. Oxuduqca mənim kim olduğumu və daha nələr etməli olduğumu anlamıram.
Əziz Lottam, hər zaman mənimlə ol.
17 noyabr 1782-ci il


21 noyabr, cümə axşamı
Səhər tezdən yanında olacağam. Səni məndən nə həyat, nə ölüm, nə yaradıcılıq, nə də heç bir sənəd işləri ayıra bilməz. Qar yağır deyə çox sevinirəm. O, məni sənlə keçirdiyim ötən qışlara aparır. Sənlə möhkəm dostluğumu xatırladır mənə. Salamat qal, ey həyatımın ən şirin arzusu, mənim dərdlərimin əlacı. Sabah bizə çay dəsgahı olacaq. Sizdə yığışacağımız günü mənə öncədən xəbər edərsən.

18 senyabr 1786-cı il. Verona
Kiçik kağız parçasında sevgilimə harda olduğumu bildirmədən özüm haqqında xəbər göndərirəm. Mən yaxşıyam, səninlə öz xoşbəxtliyimi, arzularımı, sıxıntılarımı bölüşmək istəyirəm.
Mən gündəlik tutmuşam. Orada yaşadığım, düşündüyüm ən gözəl anları qeyd etmişəm. Oktyabrın ortalarında yəqin ki, onu sənə çatdıraram. Və mənim yoxluğum sənə varlığımdan daha çox şey verəcək. Arasında şəkillər də olacaq. Bu barədə heç kimə heç nə demə. Hər şeydən öncə bu gündəliyi sənin üçün tərtib etmişəm. İfigeniya üzərində işləyirəm. Köhnəliyi sevənlərin də onu bəyənəcəyinə ümidvaram. Mən qəlbimdəkiləri dilə gətirə bilməsəm də, boynuma ala bilməsəm də əslində çox şey demək istəyirəm. Sən Korxberqdəsən. Mənim bütün düşüncəm, ağlım, fikrim orada - səninlədir. Frisə mənim əvəzimə təzim edərsən! Onun məndən uzaq olması məni çox kədərləndirir. Mən indi bildiklərimi o vaxt bilsəydim, onu özümlə götürərdim. Mən düzgün yoldayam. Əminəm ki, bu səyahət mənə çox şey verəcək. Salamat qal. Səni görəcəyim və hər şeyi danışacağıma görə ürəkdən sevinirəm. Şteynə, İmqofa və balacaya tənzim et. Ernastı da unutma! Mən onu çox düşünürəm.

27 oktyabr 1786-cı il, Terni
1 il əvvəl zəlzələ nəticəsində çat vermiş mağazada oturaraq, sənə yalvarıram ki, ey mənim mələyim! İndi burda anladım ki, sən məni çox ərköyün etmisən. Məni düz 10il sevdin, əzizlədin. Mənsə indi səndən uzaqda özgə bir yerdəyəm! Bu ayrılığı əvvəllər də təsəvvürmə gətiridim. Bu cür qərarı mən ancaq ən çıxılmaz bir vəziyyətdə verə bilərəm.. Amma, kaş ki, ömrümüzü birgə başa vura bilək!

23 dekabr, axşam çağı
Məktubuna görə sənə yenidən təşəkkür etmək istəyirəm. Bir anlıq da olsa ağrı-acını unutmaq istəyirəm. Sevgilim mənim! Məhəbbətim mənim! Diz üstə çöküb sənə yalvarıram! Sənə dönüşümü asanlaşdır. Bu dünyadan sürgün olunmuş kimiyəm sənsiz! Bütün günahlarımı əhv elə! Yenidən ayağa qalxmağıma kömək ol. Özün haqqında tez-tez mənə yaz! Yaz ki, salamatsan, məni çox sevirsən! Sənə gələn məktublarımda səyahətim barəsində mütləq yazacağam. Bircə xahişim var. Məni özünə yad bilmə! Biz ayrılmamışıq. Həyatda kimsə səni əvəzə edə bilməz! Heç nəyə görə narahat olma! Şteynə və Ernestə təzim et. Məktuba görə Frisə təşəkkür et. Mənə tez-tez yazsın. Ona lazım olanları toplamağa başlamışam. Tezliklə hər şey artıqlamasıyla ona çatacaq.
Xəstə olamağın, daha doğrusu mənim ucbatımdan xəstə olmağın ürəyimi çox ağrıdır. Bu çəkdiyim ağrını izah edə bilmirəm. Məni bağışla! Özüm də ölüm və həyat arasında mübarizə aparmışam. Və heç bir söz nə hiss etdiyimi, nələr çəkdiyimi ifadə edə bilməz. Bu yaşadıqlarım məni özümə qaytardı. Sevgilim mənim! Məhəbbətim mənim!

18 aprel 1787-ci il, Palermo
Eşqim mənim! Palermodan son vida məktubumdur. Mən sağ-salamatam, kefim də yaxşıdır. Neapola səyahətim maraqsız keçdi. Bunu bəzi qeydlərimdən təfsilatıyla oxuyacaqsan. Amma, nə hiss etdiyimi, nələri yaşadığımı sənə danışmayacam, danışa bilmərəm. Bu çox qeyri-adi gözəl bir şəhərdir. Mən onun hələ ki, bir kiçik sahilini gəzmişəm. Təbii elmlərdən az məlumatlı olğumu düşünürəm. Sizinçün hazırladıqlarımı artıq yekunlaşdırıram. Nə qədər sevinəcəyinizi ağlıma gətirəndə gözlərim dolur. Sağ ol, əzizim! Qəlbim sizinlədir! Aramızdakı məsafələr və ayrılıqlar münasibətlərimizdəki bütün qaranlıqlara aydınlıq gətirib. Və mənim ürəyimdə yenidən sevgi, ümid və inam parladı. Qerdergilə və başqalarına tənzim et. Məni heç vaxt unutma!

1iyun 1799-cu il, Vaymer.
Məktuba görə çox sağ ol. Oxuyub xeyli kədərləndim. Cavab yazmağı xeyli ləngitdim. Adətən belə hallarda səmimi olmaq çətin olur.
İtaliyadan sənə olan sevgimə, Frisə olan xoş münasibətimə görə geri qayıtdım. Hersoq qalmağımı istəyirdi. Herder ora yollandı. Şahzadəyə heç bir xeyrimin dəyməyəcəyini bildiyim üçün, sən və Frisdən başqa ağlımda heç nə yoxdu.

İtaliyadan nələri qoyub gəldiyim barədə danışmayacağam. Sən mənim səmimi etiraflarımı çox da xoş qarşılamadın.
Heyfslənirəm ki, mən dönən zaman sən çox qəribə bir əhval-ruhiyyədəydin. Məni hərə bir cür qarşıladı. Mən Qerderi yola saldım, hersoqoginiyanı yola saldım, mənimçün ekipajda ayrılmış yerdən imtina etdim. Özüm bir az sevinim deyə gəldim. Və həmin anda da fikirləşdim ki, heç gəlməyə də bilərdim və s.


"Anadan yazıçı doğulmuşam" - HÖTE | MANERA.AZRus dilindən tərcümə edən Xanım AYDIN
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930