Kitabınızı sizə geri göndərirəm... - Tolstoyun məktubları | MANERA.AZ

Tarix:20-11-2015, 23:12 Baxış Sayı:2449

Kitabınızı sizə geri göndərirəm... - Tolstoyun məktubları | MANERA.AZ

Lev Tolstoyun məktubları

F.P. Kupçinsiyə
20 senytabr 1910-cu il.


Kitabınızı aldım. Göndərdiyiniz üçün təşəkkür edirəm. Elə bilirdim müharibəni gözlərimdə olduğundan daha dəhşətli təsəvvür edə bilmərəm. Lakin kitabınız məndə gözlənilməz təəssüratlar yaratdı. Siz bu yalanı, cinayəti, onun nəticələrini elə gözəl və hərtərəfli işıqlandırmısınız ki, hər bir oxucuya bu cür təsir bağışlayacaq. Bu kitabın tezliklə yayılmasını istəyirəm, amma onun başqa dilə tərcüməsini öz üzərimə götürmürəm. Mən çox yaşlanmışam və xəstəyəm. Xahiş edirəm ki, arzunuzu yerinə yetirə bilmədiyimçün məndən inciməyəsiniz. Kitabınızı sizə geri göndərirəm. Dərin hörmətlə deməliyəm ki, tutduğum nöqsanları sizə bildirməməliyəm. Çünki onlar ümumilikdə əsərinizi zəiflətmir. Bu çatışmamazlıqlar dəhşətli müharibənin təsviri zamanı istifadə etdiyiniz qan gölü, meyid təpəsi, onları tapdayıb keçən insanlar və s. kimi idafələrdir. Belə şişirdilmiş təsvirlər oxucunun həyacanını azaldır. Əgər həmin o şişirdilmiş təsvirləri, bəzi yerlərdə təbiət lövhələrini, bəzi insanların hisslərini bu cür qabarıq şəkildə yox, bir az fərqli göstərsəniz əsəriniz daha da səviyyəli olar. Bu sadəcə mənim fikrimdir. Və bunları sizə bildirməyimi özümə borc bildim.

L.N. Andreyevə
2 sentyabr 1908-ci il


Əziz Leonid Nikolayeviç! Sizin gözəl məktubunuzu aldım. Baxmayaraq ki, özüm də kimlərəsə ithaflar etmişəm, amma indiyə qədər ithafın nə olduğunu bilmirdim. Anlayıram ki, bu sizin mənə hörmətiniz və sevginizdir. Bu sevgi məktubunuzda da duyulur. Mənimçün çox xoşdur.
Məktubunuzda öz əsərlərinizdən təvazökarlıqla yazırsınız. Mən sizin yazılarınızdan yox, ümumiyyətlə yazıçılıq barəsində öz fikirlərimi bölüşmək istəyirəm. Bu sizə gərək ola bilər. Məncə, yazıçı onda gecə-gündüz əl çəkməyən, düşünməyə vadar edən fikirləri yazmalıdır. Şöhrət və pula hərislik isə yazının səmimi və səviyyəli olmasına mane olur. Bundan çəkinmək lazımdır. İkincisi isə, indiki dövrün yazıçılarının oxucuya orijinal, qeyri-adi fikir çatdırmaq, təəccübləndirmək istəməsidir. Bu birinci sadaladıqlarımdan daha betərdir və sadəlikdən uzaqdır. Sadəliksə gözəlliyin əsasıdır. Sadə və istedadsız bir yazı yaxşı olmaya bilər, lakin sadəlikdən uzaq və suni bir yazı heç vaxt yaxşı ola bilməz! Üçüncüsü isə tələsməkdir. Bu heç yaxşı deyil, həm də öz fikirlərinin ifadəsinin səmimi olmamasına dəlalət edir. Çünki əgər həqiqətən də, yazıçının gözəl bir əsər yazmaq istəyi varsa, o əmək sərf etməkdən və vaxt itkisindən çəkinməyəcəkdir. Dördüncüsü isə indiki dövrün oxucu tələbatını ödəmək və zövqünü oxşamaqdır. Bu lap pisdir. Həm də ki, əsərin bütün mahiyyətini öncədən aşağı səviyyəyə salır. Əsərdə əsas o deyil ki, bütün yaxşı əməllər oxucuya öyüd-nəsihət versin. Əsas onları qeyri-adi mənə və insanlara məlum olamayan formada çatdırmaqdır.
Bu dediklərimin sizə xeyri ola bilər. Siz yazmısınız ki, əsərlərinizin yaxşı cəhəti onların səmimiliyidir. Mən həm bu səmimiyyətin xoşniyyətli insanların xeyrinə olduğunu bilirəm. Əsərləriniz haqqında fikirlərinizdə də çox təvazökarsınız. Onların bu cür şöhrət qazanmağı sizi dəyişə bilərdi, amma olduğunuz kimisiniz.
Bədii ədəbiyyatla çox az maraqlanıram və az oxuyuram. Lakin yazdıqlarınıza əsasən deyə bilərəm ki, siz əsərləriniz üzərində bir az da işləyərək yüksək səviyyəli edib onları mükəməlləşdirməlisiniz.
Məktubunuzu aldığıma görə sevindim. Bu tərəflərə gəlsəniz sizinlə görüşməyə şad olardım.
Kitabınızı sizə geri göndərirəm... - Tolstoyun məktubları | MANERA.AZ
Rus dilindən tərcümə edən: XANIM AYDIN

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ