Viktor Hüqonun üsyankar şeiri - TƏRCÜMƏ | MANERA.AZ

Tarix:7-11-2015, 12:36 Baxış Sayı:1775

Viktor Hüqonun üsyankar şeiri - TƏRCÜMƏ | MANERA.AZ

Məşhur fransız yazıçısı Viktor Hüqo həm də üsyankar şeirlər də yazıb.
Onlardan birini Manera.az-ın oxucularına təqdim edirik:



Veni Vidi Vici

O dərin ağrılarımla indi
Ona dəstək olacaq
Tək bir qoldan məhrumam
Və uşaqlara belə çətinliklə gülürəm
Və içimi açmır çiçəklər rəngləriylə
Anlamalıyam artıq
Yaşadın yetərincə.

Yaz tutunca hər yanı
Təbiəti şənliyə çevirincə Tanrı
Bu görkəmli sevdaya eşqsiz baxıram
Gündüz-gecə işıqdan qaçıram.

Duyaraq o gizli kədəri
Ruhumda ümidim məğlub oldu
Bu güllər, qoxular fəslində
Sevgili qızım, mənim
Yalnız sənin yatdığın qaranlığa özləm var.

Madam ki, öldü qəlbim
Yaşadım yetərincə
Yer üzündə yükümü rədd etmədim
Yaşama gülümsədim
Və yaşamın o dibsiz xaricində
Dimdik durdum ayaqda
Heç kimə əyilmədim.

Ən yaxşı etdim
Edə bildiklərimi
Yuxusuz qaldım
Sonra acılarıma güldüklərini gördüm
Nifrətlərinə hədəf seçildikcə üzüldüm.

Bezgin, işıqsız əllərimin üstündə
Daşıdım
Ağlamadan al qanlara boyanıb
Payıma nə düşdüsə.

İndi baxışlarımın ancaq yarısı məndədir
Digəri darmadağın dəfnlər içində
Dönüb baxdığım yoxdur
Sərsəmlik və sıxıntı yüklü yuxusuzam.


Ulu Tanrım
Gecənin qapısını aç mənə
Çəkilib gedim
Dönməyim bir daha.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ