manera.az
manera.az

BDU əməkdaşının növbəti uğuru

BDU əməkdaşının növbəti uğuru
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tyutoru Ayşən Sadıqlı 7-13 iyul tarixlərində İstanbul şəhərində yerləşən 4 tanınmış universitetdə keçirilmiş beynəlxalq seminarlarda iştirak edib.

EDEX və Baku Business Schoolun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif ali məktəblərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş seminarların əsas məqsədi özünüinkişaf, Türkiyənin tanınmış universitetlərinin qabaqcıl təcrübəsinin öyrənilməsi, startap layihələrinin hazırlanması qaydalarının öyrənilməsi, yeni bilik və bacarıqların əldə edilməsi olub.

BDU əməkdaşının növbəti uğuru

Ayşən Sadıqlı iyulun 9-da İstanbul Ayvansaray Universitetində Doç.Dr.Volkan Ekinin moderatorluğu ilə “Girişimcilik” mövzusunda, iyulun 10-da isə İstanbul Şehir Universitetində keçirilən “Liderlik” mövzusunda seminarlarda iştirak edərək sertifikatlarla təltif olunub. İştirakçılara bildirilib ki, 2018-2019-cu tədris ilinin statistikasına əsasən, 79 fərqli ölkədən 800-dən çox tələbə İstanbul Şehir Universitetində təhsil alır.

A.Sadıqlı iyulun 11-də İstanbul Gelişim Universitetində təşkil olunmuş seminarda iştirak edərək sertifikatla təltif edilib. İştirakçılara bildirilib ki, 25000-ə yaxın yerli və xarici tələbə, 3 fakültə, 3 institut, 100-dən çox laboratoriya, 18 araşdırma mərkəzi və s. malik universitetdə tələbələrin təcrübə keçməsi üçün bütün şərait yaradılıb.
12 iyul tarixində A.Sadıqlı İstanbul Arel Universitetində “Kariyer planlamada yetenek ve yetkinliğin önemi” mövzusunda keçirilən seminarda iştirak edərək müvafiq sertifikata layiq görülüb. Sektörel işbirlikleri uzmanı Neslihan Öztürk tərəfindən aparılan seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Ümumiyyətlə, hər bir ali məktəbdə olarkən universitet şəhərciyi, o cümlədən qız və oğlan tələbələr üçün yaradılmış yataqxanalar, yeməkxana, kitabxana, laboratoriyalar, tələbələrin təcrübə keçməsi üçün yaradılmış şərait iştirakçılara təqdim edilib. Səfər müddətində iştirakçılar İstanbulun məşhur Ayasofya, Topkapı, Sultan Ahmet camisi, Rahmi Koç müzesi, Galata kulesi, Kız kulesi, Gülhane Parkı, Taksim, Pierre Loti Tepesi, Büyük Ada, İstanbul Akvarium və s. kimi görməli məkanları ilə tanış olublar.

Bununla yanaşı, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı olan Ayşən Sadıqlı 1 qrantın qalibi, 2 kitabın, biri xaricdə olmaqla 17 məqalənin, 18 tezisin, 3 kitabın ön sözünün müəllifidir, 7 kitabın redaktorudur. O, 2 fəxri fərman və təşəkkür, 10 diplom, 9-u beynəlxalq olmaqla 22 sertifikatla təltif olunub, 1 beynəlxalq simpozium və 22 elmi konfransda məruzə ilə çıxış edib. 2018-ci il 8-14 iyul tarixlərində İstanbul şəhərində 5 universitetdə, 2019-cu il 25-31 mart tarixlərində isə Budapeşt və Vyana şəhərlərində keçirilən seminarlarda iştirak edib və sertifikatlarla təltif edilib.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031