manera.az
manera.az

“Ədəbiyyat biliciləri” mükafatlandırıldılar

“Ədəbiyyat biliciləri” mükafatlandırıldılar
Bu gün Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Manera.az xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər heyətinin üzvləri və müsabiqə qalibləri iştirak edib.

Tədbirdə çıxış edən M.Vəliyeva ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin artıq dördüncü ildir keçirildiyini bildirib. Nazir müavini ümumtəhsil məktəblərində şagirdlərin mütaliə vərdişləri və mədəniyyətinin formalaşdırılması istiqamətində bu kimi tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, şagirdlərin kitaba, bədii ədəbiyyata üz tutması, mütaliəyə istiqamətləndirilməsi Təhsil Nazirliyi tərəfindən prioritet məsələ kimi qəbul edilir. Nazir müavini “Ədəbiyyat biliciləri” müsabiqəsinin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliə həvəsini gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri qiymətləndirmək baxımından mühüm rolunu diqqətə çatdırıb.
“Ədəbiyyat biliciləri” mükafatlandırıldılar
M.Vəliyevanın sözlərinə əsasən, “Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunub. Müsabiqə 3 mərhələdən ibarətdir. Məktəb mərhələsi, əsasən, bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlərin aşkarlanmasına xidmət edir. Şagirdlər tərtib olunmuş sorğu vərəqlərindəki müvafiq sualları -oxuduqları əsərlər, onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti və sair yazılı cavablandırır, təəssüratlarını qısa qeyd edirlər.

Cavablar məktəb direktorunun əmri ilə yaradılmış işçi qrupu tərəfindən təhlil olunur, eyni adlı əsərlər üzrə ümumiləşdirmə aparılır, daha çox əsər (VIII-IX siniflər üzrə 10-dan, X-XI siniflər üzrə 15-dən artıq) mütaliə etmiş şagirdlərin adlı siyahısı hazırlanır. Siyahıdakı şagirdlərin adının qarşısında mütaliə etdikləri əsərlər müəllifləri göstərilməklə qeyd olunur. Göstərilən əsərlərin şagirdlər tərəfindən həqiqətən mütaliə olunduğunu dəqiqləşdirmək üçün zəruri hallarda işçi qrupu bu əsərlər üzrə müvafiq suallar hazırlayır və onların əsasında məktəbdə viktorinalar, test yoxlamaları və sair kimi tədbirlər təşkil edirlər. Müsabiqənin rayon mərhələsini keçirmək üçün təhsil şöbəsində təcrübəli və mütaliəsi ilə fərqlənən müəllimlərdən, bədii yaradıcılıqla məşğul olan, ictimai rəyə görə, Azərbaycan və dünya ədəbiyyatına dərindən bələdliyi və geniş mütaliəsi ilə fərqlənən şəxslərdən, metodist və qabaqcıl məktəb kitabxanaçılarından ibarət Təşkilat Komitəsi yaradılır. Ölkə mərhələsində daha az şagird iştirak edir və keçirilən prosedurlar eyni məqsədə xidmət edir.

M.Vəliyeva vurğulayıb ki, müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Onlardan 5500-ü rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və mart ayında keçirilən respublika mərhələsində 125 şagird iştirak edib. Bu mərhələdə iştirakçılar üç variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib.
“Ədəbiyyat biliciləri” mükafatlandırıldılar
Nazir müavini qeyd edib ki, müsabiqənin nəticələrinə görə, 6 nəfər birinci, 10 nəfər ikinci, 16 nəfər üçüncü dərəcəli diploma, 20 nəfər tərifnaməyə layiq görülüb.

M.Vəliyeva müsabiqənin qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb. Nazir müavini ümumtəhsil məktəblərində şagirdlərin mütaliə vərdişləri və mədəniyyətinin formalaşdırılması istiqamətində tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

Sonda qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyə və kitablar təqdim olunub./525.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031