Ali məktəblərdə "Multikulturalizmə giriş" əsas fənn kimi tədris olunacaq

Tarix:3-05-2019, 21:21 Baxış Sayı:68

Ali məktəblərdə "Multikulturalizmə giriş" əsas fənn kimi tədris olunacaq
Yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında "Multikulturalizmə giriş" əsas fənn kimi tədris olunacaq.

Əslində, bu fənn 2015-ci ildən ali məktəblərdə seçmə fənn kimi tədris edilir. Lakin indi bu fənlə bağlı ciddi dəyişikliklər baş verəcək.

Fənnin tədrisində əsas məqsədlərdən biri də tələbələrə bütün dinlər, xüsusilə İslam dini barədə məlumat vermək, dini radikalizm, radikal dini cərəyanlar, onların təbliğat metodları, milli-mənəvi dəyərlərimiz, onların qorunmasının zəruriliyi, Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti ilə bağlı minimum məlumatları çatdırmaqdır.

Bu fənnin tədrisi üçün dərslik vəsaiti Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırlanır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) verilən məlumata görə, hazırda dərs vəsaiti üzərində işlər davam edir. Dərslik iki hissədən ibarətdir: multikulturalizm bölməsi və dinlər, dini durum, milli-mənəvi dəyərlərimiz və sair mövzuları əhatə edən digər bölmə.

Kitabın müəllifləri arasında dövlət qurumlarının əməkdaşları, ilahiyyatçılar, ali məktəb müəllimləri və bu sahənin digər peşəkar mütəxəssisləri də var.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ