manera.az
manera.az

Yeni orfoqrafiya lüğəti 113 min sözü əhatə edəcək - Direktor

Yeni orfoqrafiya lüğəti 113 min sözü əhatə edəcək - Direktor
"Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" may ayının sonuna qədər hazır olunacaq”.

Manera.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə Nazirlər Kabineti tərəfindən baxılıb: “Yeni lüğətə Ədliyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən müsbət rəy verilib. Daha sonra baxılması üçün Prezident Administrasiyasına (PA) göndərilib. PA-dan isə lüğəti təkrar olaraq bizə göndərdilər ki, bəzi əlavə və dəyişiklər edək. Biz bundan sonra yenidən lüğəti PA-ya təqdim etdik. Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" may ayının sonuna qədər hazır olunacaq və nəşrə göndəriləcək”.

Akademik qeyd edib ki, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 113 min sözü əhatə edir: “Köhnə lüğətdən 1000-dən çox qondarma söz çıxarılaraq yeni lüğətə salınmayıb, çünki elə sözlər var idi ki, eyni mənanı daşıyırdı. Misal üçün: nəqqaş və naqqaş. Eyni zamanda daha 4000 yeni söz lüğətə əlavə olunub. Yeni əlavə olunan sözlər müasir informasiya texnologiyası və qloballaşma ilə bağlı olan sözlərdir. Məsələn, 2013-cü ildə nəşr olunan lüğətdə multikulturalizm, tolerantlıq və s. sözlər yox idi”.

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" təqribən 5 ildən bir hazırlanır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930