BDU-da dövlətin təhlükəsizliyinə dair konfrans keçirilib

Tarix:12-04-2019, 10:16 Baxış Sayı:268

BDU-da dövlətin təhlükəsizliyinə dair konfrans keçirilib

Bakı Dövlət Universitetində təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Dövlətin təhlükəsizliyinin təminində gənclərin rolu” mövzusunda konfrans keçirilib.

BDU-dan MANERA.AZ-a verilən məlumata görə, Dövlət Təhülkəsizlik Xidmətinin məsul əməkdaşlarının, BDU-nun professor-müəllim heyətinin və tələbələrinin iştirak etdikləri konfransı rektor Elçin Babayev açaraq dövlət təhlükəsizlik orqanlarının tarixindən, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin formalaşdırılması, strateji dövlət təsisatlarının qurulması, təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğıdan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqillik, sabitlik və tərəqqi siyasətinin həyata keçirilməsindən bəhs edən rektor bildirib ki, gənclər hər zaman milli mənafeyi qorumalı, təhsildə uğur qazanmalı və əzmlə çalışmalıdır.

DTX-nin əməkdaşı Tural Məmmədov “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda məruzə edib. O, təhlükəsizlik orqanlarının keçdiyi şərəfli yoldan, bu orqanlarda milli mənafelərə xidmət strategiyasının əsasının ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi 1956-1965-ci illərdə yaradıldığından danışıb.

T.Məmmədov vurğulayıb ki, son dövrlər bəzi ölkələrdə cərəyan edən proseslər, xüsusilə münaqişə ocaqlarındakı mürəkkəb vəziyyət, mütəşəkkil cinayətkarlığın doğurduğu təhdidlərlə üzləşmək və digər təhlükələr hərtərəfli sayıq olmağımızı tələb edir və bütün bunlar bizləri malik olduğumuz dəyərlərə sahib çıxmağa, sabitliyi, milli birliyi və tolerantlığı qorumağa çağırır. T.Məmmədov onu da qeyd edib ki, gənclər dövlətin, xalqın gələcəyinin, ölkənin sabit və dinamik inkişafının onların vətənpərvərliyindən, dövlətçiliyə və müstəqilliyə sədaqətindən asılı olduğunu bir an belə unutmamalıdırlar. Tural Məmmədov gənclərin əksəriyyətinin belə yad təsirlərdən uzaq durduğunu, ölkəmizin tərəqqisi naminə dövlət siyasətinə dəstək verdiklərini də qeyd edib.

Tədbir konfrans iştirakçılarının çoxsaylı sualları ilə yekunlaşıb.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ