Prezident BDU-ya yeni rektor təyin etdi

Tarix:11-03-2019, 17:35 Baxış Sayı:140

Prezident BDU-ya yeni rektor təyin etdi
Prezident İlham Əliyev Bakı Dövlət Universitetinə yeni rektor təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamla Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin ediib.

***

Manera.az yeni rektorun tərcümeyi-halını təqdim edir.
Prezident BDU-ya yeni rektor təyin etdi
Elçin Səfəralı oğlu Babayev 4 aprel 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Elm sahəsi astrofizika, radioastronomiyadır.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, ŞAR-ın “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin rəhbəridir.

21 oktyabr 2009-cu ildən bu günədək Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Fond Prezident İlham Əliyevin yanvarın 14-də imzaladığı Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanına əsasən fəaliyyəti özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilib.

Elçin Babayev 2005-c ildə “Tərəqqi” medalı ilə təltif olunub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ