Prezident təqaüdü 210 manat oldu

Tarix:19-02-2019, 13:19 Baxış Sayı:110

Prezident təqaüdü 210 manat oldu
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Manera.az xəbər verir ki, fərmana əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib.

Bu Fərman martın 1-dən qüvvəyə minir.

Xatırladaq ki, əvvəl Prezident təqaüdü 185 (yüz səksən beş) manat olub.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ