Sabah magistraturaya sənəd qəbulu başa çatır

Tarix:10-02-2019, 13:18 Baxış Sayı:64

Sabah magistraturaya sənəd qəbulu başa çatır
Magistratura imtahanında iştirak etmək üçün ümumilikdə 9827 nəfər ərizəsini təsdiq edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Manera.az-a bildiriblər.

Məlumatda qeyd olunur ki, bu dəqiqələrə olan göstəricilərə əsasən, Azərbaycan bölməsi üzrə ərizəsini təsdiq edənlərin sayı 8934 nəfərdir. Bu say rus bölməsi üzrə 893 nəfər təşkil edir.

Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu fevralın 11-dək davam edəcək.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ