manera.az
manera.az

İmtahanlar təxirə salındı - ƏMR

İmtahanlar təxirə salındı - ƏMR
Azərbaycanın bir sıra ali məktəblərində hava şəraiti ilə əlaqədar imtahanların vaxtı dəyişdirilib.

Manera.az xəbər verir ki, bu barədə universitetlərin mətbuat katibləri məlumat verib.

Bakı Mühəndislik Universitetinin mətbuat katibi Rəcəb Rzayev bildirib ki, hava şəraiti ilə əlaqədar imtahanların təxirə salınması ilə bağlı rektor Havar Məmmədov artıq əmr imzalayıb.

“17 və 18 yanvar tarixlərində Bakı Mühəndislik Universitetində imtahan olmayacaq”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzeya da imtahanların təxirə salınması faktını təsdiqləyib:

“Hava şəraiti ilə əlaqədar 17 və 18 yanvar tarixlərində keçiirlməsi nəzərdə tutulan imtahanların vaxtı dəyişdirilib. Təxirə salınan imtahan vaxtlarını aiddiyatı dekanlıqlar təyin edərək rektorluqa məlumat verəcəklər”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova saytımıza açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar Bakı Dövlət Universitetində də imtahanlar təxirə salınıb. Məlumata görə, 17 yanvar tarixinə təyin edilmiş imtahanlar 19 yanvar tarixinə, 18 yanvar tarixli imtahanlar isə 21 yanvar tarixinə keçirilib.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Nicat Abdullayev:

“Kəskin hava şəraiti ilə əlaqədar olaraq, Təhsil nazirinin əmrinə əsasən, 17-18 yanvar 2019-cu il tarixində keçirilməsi nəzərdə tutulan imtahanlar ləğv olunub. Tələbələrdən xahiş olunur ki, göstərilən tarixlərdə imtahana gəlməsinlər. Ləğv olunan imtahanlarla əlaqədar əlavə məlumat veriləcək”.

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbərin Esmira İsmayılova da açıqlamasında bildirib ki, universitetdə 17-18 yanvar tarixli imtahanlar təxirə salınıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov qeyd edib ki, 17-18 yanvar tarixlərində təxirə salınan imtahanların vaxtı növbəti günlərdə müəyyənləşdiriləcək.

Qeyd edək ki, bu gün Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr imzalayıb. Təhsil Nazirinin əmri ilə bütün təhsil müəssisələrində təlim-tərbiyə ilə bağlı tədbirlər 17 və 18 yanvar tarixlərində təxirə salınır.

Bura bütün ümumtəhsil müəssisələri, peşə təhsili müəssisələri,orta ixtisas və ali məktəblərdə istənilən növ tədris tədbirləri- dərs,imtahan,kollokvium və sair daxildir. Eyni zamanda istər dövlət, istər özəl təhsil müəssisələri və uşaq bağçaları da bu siyahıya daxildir./AzEdu.az /

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930