“Multikulturalizm” jurnalının 2018-ci il üçün üçüncü sayı

Tarix:30-11-2018, 18:04 Baxış Sayı:59

“Multikulturalizm” jurnalının 2018-ci il üçün üçüncü sayı
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının 2018-ci il üçün üçüncü sayı işıq üzü görüb.

Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurban bayramı münasibəti ilə Azərbaycan xalqına təbriki ilə açılır.

Daha sonra ölkə başçısının Roş-Ha-Şana – Yeni il münasibətilə Azərbaycanın yəhudi icmasına təbriki çap edilib.

Ardınca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi ilə bağlı Qafqaz Müsəlmanları idarəsinin xarici ölkələrdə keçirəcəyi tədbirlər haqqında sərəncamı dərc olunub.

Jurnalın rəsmi hissəsində eyni zamanda 1918-ci ildə Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordu birləşmələri tərəfindən Bakı şəhərinin bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Azərbaycan və Türkiyə Pezidentlərinin çıxışının mətni verilib.

Rəsmi bölmə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərinin gündəliyi ilə qapanır.

“Tariximiz, bugünümüz” rubrikası altında Solmaz Rüstəmova-Tohidinin “Bakının azad olunması” məqaləsinin əvvəli dərc olunub.

“Çoxmədəniyyətlilik” rubrikasında Ərtegin Salamzadənin “Azərbaycan təsviri incəsənətində multikulturalizm” adlı yazısı yer alıb.

Jurnalın “Azərbaycan əcnəbilərin gözü ilə” bölməsində Beynəlxalq Ortodoks Xristian Xeyriyyə Agentliyinin Efiopiya üzrə nümayəndəsi Doktor Seyfu Tirfinin “Azərbaycan mənim ikinci evimdir” və Əməkdar mədəniyyət xadimi Kamil İbrahimovun “Alman səyyahı Engelbert Kempfer Şamaxı haqqında” məqalələri dərc edilib.

“Axundov zalı”nın nəsr guşəsində Şərif Ağayarın “Şəkil” hekayəsi oxuculara təqdim olunur.

“Höte zalı” rubrikasının poeziya guşəsində Nəriman Qasımoğlunun təqdimatında Anna Axmatovanın şeirləri orijinalda və tərcümədə çap olunub.

“Tənqid və esseistika” bölməsində akademik Kamal Abdullanın “Əvvəl-axır yazılanlar” silsiləsindən esseləri, Rəşad İlyasovun “Təsəvvüf fəlsəfəsi və multikulturalizmin ontoloji paralelliyinə dair” məqaləsi dərc edilib.

“Multikulturalizm mozaikası” rubrikasında 2018-ci ilin üçüncü rübündə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində, eləcə də ölkə ərazisində keçirilən bir sıra tədbirlər və VII Beynəlxalq multikulturalizm yay məktəbinin gündəliyi işıqlandırılıb.

Jurnalın budəfəki “Region” əlavəsində “Borçalıdan gələn səslər” başlığı altında Gürcüstan əsilli bir sıra qələm adamının, o cümlədən Səməd Qaraçöp, Allahverdi Təhləli, İbrahimxəlil, Nurafiz, Xaqani Qayıblı, Rafiq Hümmət, Etimad Başkeçid, Eyvaz Əlləzoğlu, Fərhad Amur və başqalarının yazıları işıq üzü görüb./sim-sim.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ