Yazıçılarımızın adı Ədəbiyyat üzrə Beynəlxalq London Mükafatında

Tarix:12-07-2019, 16:30 Baxış Sayı:71

Yazıçılarımızın adı Ədəbiyyat üzrə Beynəlxalq London Mükafatında
Azərbaycan yazıçıları Kamran Nəzirli və Səriyyə Məmmədovanın adları Ədəbiyyat üzrə Beynəlxalq London Mükafatına namizədlərin uzun siyahısına düşüb.

Bu barədə xəbəri Beynəlxalq Yazıçılar Təşkilatının Moskvadakı nümayəndəliyinin mətbuat xidməti yayıb.

Xəbərdə qeyd edilir ki, 260 nəfərdən ibarət siyahıda yer alan Azərbaycan yazıçılarının seçilmiş əsərləri müsabiqə komissiyasının qərarı ilə uzun siyahıya daxil edilib. Qərar dünyanın müxtəlif ölkələrindən olan müəlliflərin hər birinə “London Mükafatı yazıçını təqdim edir” seriyası altında kitablarını nəşr etmək imkanı qazandırıb. Bütün kitablar nəşr olunandan sonra Beynəlxalq Yazıçılar Təşkilatının saytında onların anonsu veriləcək. Kamran Nəzirli bildirib ki, mükafata namizədlər bir neçə nominasiya üzrə təqdim edilir: poeziya, qısa hekayələr, irihəcmli nəsr əsərləri, dramaturgiya, esseistika, tənqid, fantastika, ingiliscədən ruscaya, ruscadan ingiliscəyə tərcümə əsərləri və jurnalistika. Yazıçımız qısa hekayələr nominasiyası üzrə təqdim edilib.

Xəbərdə daha sonra bildirilir ki, Beynəlxalq Yazıçılar Təşkilatının kollektivi mükafatın uzun siyahısına düşən müəllifləri təbrik edir, onlara növbəti mərhələdə daha böyük uğurlar arzulayır.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ