Nəsimi yaradıcılığından monoqrafiya yazıldı

Tarix:12-07-2019, 16:10 Baxış Sayı:62

Nəsimi yaradıcılığından monoqrafiya yazıldı
Tədqiqatçı-yazar Aygün Cəfərovanın 2019-cu il, "Azərbaycanda Nəsimi ili" münasibətilə "Nəsimi yaradıcılığında folklor izləri" kitabı nəşr olunub.

Manera.az xəbər verir ki, "Nəsimi yaradıcılığında folklor izləri" adlı monoqrafiya müəllifin sayca ikinci kitabıdır. Bu tədqiqat işində Nəsimi yaradıcılığı şifahi xalq ədəbiyyatı nümunələri fonunda arşadırılmış, folklorun lirik, epik, dramatik növünün ayrı- ayrı janrları ilə Nəsimi şeirinin paralelləşmələri üzə çıxarılmışdır. Nəticədə Nəsimi sənətkarlığının xalq ədəbiyyatı ilə sıx bağlılığı bir daha əsaslı surətdə öz təsdiqini tapmışdır.

Monoqrafiya "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB və "Regional hüquqi və İqtisadi Maarifləndirmə" İB- nin dəstəyi ilə "CBS-PP" nəşriyyatı tərəfindən çap olunub.

Qeyd edək ki, 13 İyul tarixində, saat 12-00-da Sumqayıt Poeziya Evində kitabın təqdimetmə mərasimi keçiriləcək. Gisiş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ