Ədəbiyyat İnstitutuna yeni şöbə müdiri təyin olunub

Tarix:3-07-2019, 17:16 Baxış Sayı:106

Ədəbiyyat İnstitutuna yeni şöbə müdiri təyin olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

Manera.az xəbər verir ki, həmin vəzifəyə AYB-nin üzvü, şair Gülnar Qasımlı (Səma) təyinat alıb.

Gülnar Səma 2014-cü ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olub. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir.

İnstitutda işlədiyi müddətdə dissertasiyası əsasında 2018-ci ildə Latviyada rus dilində "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrı” adlı monoqrafiyası çap olunub. 2019-cu ildə Ədəbiyyat İnstitutunun elmi şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə publisistik məqalələrdən ibarət "Sözümüz sözdür” kitabı nəşr edilib

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ