"Ulduz" jurnalının BDU-da görüşü

Tarix:2-07-2019, 09:54 Baxış Sayı:44

"Ulduz" jurnalının BDU-da görüşü
"Ulduz" jurnalının növbəti tədris ocağında görüşü baş tutub.

Manera.az xəbər verir ki, BDU-da keçirilən görüşdə Universitetin filologiya fakültəsinin tələbələri iştirak edib. Səməd Vurğun Poeziya ocağında gerçəkləşən tədbirdə jurnalın baş redaktoru Qulu Ağsəs, DGTYB-nin başqanı İntiqam Yaşar, şairlər Taleh Mansur, Adilə Nəzər, Dayandur Sevgin "Söz" ədəbi birliyinin qonağı olublar.
"Ulduz" jurnalının BDU-da görüşü
Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, professorlar Yeganə İsmayılova və Məti Osmanoğlu jurnalın son sayında çap olunmuş tələbələrlə birgə görüşdə ədəbi müzakirələr aparıblar. Gənclər yeni şeirlərini oxuyub və onların maraqlandıran suallarla jurnal əməkdaşlarına müraciət ediblər. Növbəti görüş yeni tədris ilinə planlaşdırılıb.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ