"Sumqayıtda ədəbi həyat" təqdim olunub - Fotolar

Tarix:24-06-2019, 18:59 Baxış Sayı:60

"Sumqayıtda ədəbi həyat" təqdim olunub - Fotolar
Sumqayıt “Poeziya Evi”ndə Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Ə.Kərim adına “Poeziya Evi”nin və AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə tənqidçi, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusiflinin “Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimat mərasimi keçirilib.

Manera.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Poeziya evi”nin rəhbəri, şair İbrahim İlyaslı Vaqif Yusflinin bu kitabının şəhərin 70 illik yubileyi ərəfəsində Sumqayıt ədibləri üçün böyük hadisə olduğunu vurğulayıb. Həmçinin, kitabın ərsəyə gəlmə tarixçəsindən danışaraq kitabın nəşri üçün maliyyə dəstəyini əsirgəməyən Millət Vəkili Qənirə Paşayevaya öz minnətdarlığını bildirib.

Sonra söz tədbirin aparıcısı, əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlliyə verilib. Əşrəf Veysəlli Vaqif Yusiflinin ədəbi tənqid sahəsində gördüyü işlərdən və Sumqayıt ədəbi mühitindən ətraflı söz açıb.

Millət vəkili Qənirə Paşayeva çıxış edərək ölkəmizin mədəni dəyərlərinin dövlətimiz tərəfindən yüksək səviyyədə qorunduğundan və dünyada tanıdılması yönündə görülən geniş miqyası layihələrdən söz açıb, sumqayıtlı yazarla xüsusi rəğbətinin olduğunu dilə gətirib, müəllifi təbrik edib.
"Sumqayıtda ədəbi həyat" təqdim olunub - Fotolar
Təqdimatda Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Raqfiq Yusifoğlu, Gülnarə Cəmaləddin, Qənirə Mehdixanlı, Rafiq Oday, Zirəddin Qafarlı, Rəfiqə Şəms, Günel Eyvazlı, Rəfail Laçınlı, Almaz Bəyazid çıxış edərək kitabın nəşrində əməyi keçənlərə öz təşəkkürlərini bildiriblər.

Kitabın nəşrinə dəstək olmuş “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova və Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ceyran Axundova çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək təşkilatçılara öz təşəkkürlərini bildiriblər.
"Sumqayıtda ədəbi həyat" təqdim olunub - Fotolar
Tədbirin sonunda kitabın müəllifi Vaqif Yusifli Azərbaycanda çağdaş ədəbi proses barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və “Sumqayıtda ədəbi həyat” kitabının yazılması barədə danışıb, kitabın nəşrində əməyi keçənlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, kitabın redaktoru Pr. İsa Həbibbəyli, rəyçisi Pr. Qəzənfər Paşayevdir. Kitabda Vaqif Yusiflinin illərdir qələmə aldığı tənqidi məqalələri yer alıb."Sumqayıtda ədəbi həyat" kitabı şəhərin 70 İllik yubileyinə həsr olunub./edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ