"Sumqayıtda ədəbi həyat" kitabı təqdim olunacaq

Tarix:18-06-2019, 13:31 Baxış Sayı:92

"Sumqayıtda ədəbi həyat" kitabı təqdim olunacaq
22 iyun saat 12:00-da Sumqayıt POEZİYA EVİndə görkəmli tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin yeni nəşr olunmuş "SUMQAYITDA ƏDƏBİ HƏYAT" kitabının təqdimat mərasimi keçiriləcək.

Bütün ədəbiyyatsevərlər dəvətlidir.

Qeyd edək ki, kitabın redaktoru Pr. İsa Həbibbəyli, rəyçisi Pr. Qəzənfər Paşayev, ön söz müəllifi Sumqayıt "Poeziya Evi"nin rəhbəri, şair-tərcüməçi İbrahim İlyaslıdır.

Kitabda Vaqif Yusiflinin illərdir qələmə aldığı tənqidi məqalələri yer alıb.

"Sumqayıtda ədəbi həyat" kitabı şəhərin 70 İllik yubileyinə həsr olunub. Bakı "CBS-PP" nəşriyyatında Millət vəkili Qənirə Paşayevanın maliyyə dəstəyi ilə çap edilib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ