manera.az
manera.az

Professor Qəzənfər Kazımovun kitablarının təqdimatı olub

Professor Qəzənfər Kazımovun kitablarının təqdimatı olub
İyunun 12-də AMEA-nın “Kitab evi”ndə Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)”, “Azərbaycan dilinin tarixi sintaksisi” və “Azərbaycan dilinin qrammatikası” kitablarının təqdimatı keçirilib.

İnstitutdan Manera.az-a bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Q.Kazımovun tədqiqatlarında ədəbi dil tarixi məsələlərinin mühüm yer tutduğunu diqqətə çatdırıb. Akademik bildirib ki, onun elmi yaradıcılığı ilə dilçilikdə bir məktəb formalaşıb. Görkəmli alim dilimizin tədrisindən tutmuş qrammatika və ədəbi dil tarixi, poeziya və folklor, tarix və etnoqrafiyaya dair dəyərli tədqiqatlar aparıb və xalqımızın tarixi, etnogenezi, kökü, dilimizin tarixi ilə bağlı bir sıra qaranlıq məsələləri incəliyinə qədər araşdırıb, bir-birindən dəyərli monoqrafiya və sanballı kitablar ərsəyə gətirib. Q.Kazımov, eyni zamanda, pedaqoq kimi fəaliyyət göstərib, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında çalışıb. Q.Kazımov orta məktəblərdə tədris edilən “Azərbaycan dili” dərsliklərinin də müəllifi olub.
Professor Qəzənfər Kazımovun kitablarının təqdimatı olub
Akademik əlavə edib ki, Q.Kazımov həm də ədəbiyyatşünasdır. Əsərlərində müxtəlif yazıçılardan istifadə edərək 500-dən çox nümunələr işlədib.

Sonra professor İlhami Cəfərsoy “Türk dillərinin ümumxalq dili şəklində təmərküzləşməsi tarixinin tədqiqi”, professor İsmayıl Kazımov “Ümumxalq ədəbi dili sintaktik quruluşunun inkişaf yolunun tədqiqi”, professor Tofiq Müzəffəroğlu “Milli ədəbi dilimizin qrammatik quruluşunun tədqiqi” mövzularında məruzələrlə çıxış ediblər.

Akademik Nizami Cəfərov isə çıxışında bildirib ki, altı fəsildən ibarət olan “Azərbaycan dilinin tarixi” kitabında şumer-türk varisliyi, Azərbaycanda etnik tərkib və dil məsələləri, “Kitabi-Dədə Qorqud”un dilinin sintaktik quruluşu geniş tədqiq edilib.

Tədbirdə akademik Möhsün Nağısoylu, professorlar Nizami Xudiyev, Sayalı Sadıqova, Şirindil Alışanlı, Mahirə Hüseynova, Mirvari İsmayılova və İsmayıl Məmmədli, yazıçılar Əlirza Xələfli və Yasin Nəsirli, şair Oktay Zəngilanlı alimin Azərbaycan dilçilik elminin inkişafında xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən söz açıblar. Bildirilib ki, Q.Kazımov Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığı sahələrində səmərəli və məhsuldar fəaliyyəti, araşdırmaları ilə filologiya elmimizə dəyərli töhfələr verib.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031