Azərbaycanlı şairin kitabı Türkiyədə nəşr olunub

Tarix:11-06-2019, 20:21 Baxış Sayı:62

Azərbaycanlı şairin kitabı Türkiyədə nəşr olunub
İstanbulun “Sam yayınları” nəşriyyatı çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Xanəli Kərimlinin “Ahlat daşı” adlı kitabını nəfis şəkildə çapdan buraxıb.

Manera.az xəbər verir ki, kitaba daxil edilmiş şeirləri Nəriman Əbdülrəhmanlı seçib, Terkiyə türkcəsinə filologiya elmləri üzrə fəlsəfə doktoru Arnur Haqverdi uyğunlaşdırıb, tedaktotu isə mədəniyyətimizin dostu, Türkiyənin Bakıdakı səfirliyinin sabiq mədəniyyət attaşesi, hazırda İstanbul universitetinin professoru olan Fəthi Gədiklidir.
Azərbaycanlı şairin kitabı Türkiyədə nəşr olunub
Xanəli Kərimli öz imzası ilə Azərbaycan oxucularına yaxşı tanış olan şair, ədəbiyyatşünasdır, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti ikinci çağırış Naxçıvan MR Ali Məclisinin sabiq deputatı, Naxçıvan MR-in Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

O, bir sıra elmi, ictimai və publisist məqalələrin, “Ay işığında” (1998), “Anamdan məktub” (2001), “Bu da bir nağıldı...” (2004), “Mənə elə gəlir ki...” (2008), “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır” (İran, Urmiya, 2011), Payız duyğuları” (2017) şeir kitablarının, “Ali və orta məktəblərdə Cənubi Azərbaycan ədəbiyyatının tədrisi metodikası” (2000) metodik vəsaitin müəllifidir. Haqqında “Şairə məktub” (2007), “Sözün Əlincə qalası” məqalələr topluları və fəlsəfə doktoru Sabir Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı” (2011) monoqrafiyası nəşr edilib.

X.Kərimlinin şeirləri türk, ingilis, fransız, rus, fars dillərinə tərcümə olunub. O, Türkiyə, İran, Gürcüstan, Hollandiya, Pakistanda... keçirilən bir sıra beynəlxalq tədbir, konfrans və simpoziumların iştirakçısıdır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ