Qazaxda Vaqif Səmədoğlunun büstü qoyulacaq

Tarix:9-06-2019, 21:48 Baxış Sayı:50

Qazaxda Vaqif Səmədoğlunun büstü qoyulacaq
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, publisist, Xalq şairi Vaqif Səmədoğlunun Heydər Əliyev Fondu tərəfindən Qazax şəhərində büstü qoyulacaq.

Manera.az xəbər verir ki, bunu Qazax Rayon İcra Hakimiyyətindən bildiriblər.

Məlumata görə, görkəmli şairin bu il anadan olmasının 80 ili tamam olur. Ölkədə cərəyan edən ictimai-siyasi hadisələrə həmişə obyektiv qiymət vermiş və düzgün mövqe tutmuş, xalqını və Vətənini sevən böyük şəxsiyyətin 80 illik yubileyi dövlət səviyyəsində qeyd edilir. Xalq şairinin 80 illik yubileyinin yüksək səviyyədə qeyd olunması üçün silsilə tədbirlər həyata keçirilir.
Qazaxda Vaqif Səmədoğlunun büstü qoyulacaq
Xalq şairinin Qazax şəhərində büstünün qoyulması ideyası da Azərbaycanın görkəmli ədiblərinə, onların yaradıcılığına və bədii irsinə göstərilən böyük diqqət və qayğının nəticəsidir.

Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ziyalıları şəhərin mərkəzində büstün qoyulacağı yerdə - “Fəxri qazaxlılar” parkında olub, büst üçün ayrılmış yerə baxıblar.

Qərara alınıb ki, görkəmli şairin büstü qardaşı, Xalq yazıçısı Yusif Səmədoğlunun büstünün yaxınlığında qoyulsun.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ