Argentinanın milli günü qeyd olunub

Tarix:25-05-2019, 01:15 Baxış Sayı:48

Argentinanın milli günü  qeyd olunub

24 May tarixində Azərbaycandakı Argentina Səfirliyi İlk Milli Hökümətin 209-cu ildönümü münasibətiylə rəsmi dəvət keçirib.

Hər iki ölkənin dövlət himni səsləndikdən sonra Argentinanın Azərbaycana yeni təyin olunmuş səfiri, cənab Serxio Perez Gunella çıxış edib və iki ölkə arasında olan əlaqələri dərinləşdirmək üçün böyük potensialın mövcudluğunu xüsusi qeyd edib.

Səfir çıxışının sonunda sözü Azərbaycanın Xarici İşlər Nazirinin xüsusi tapşırıqlar üzrə səfiri, cənab Fərid Abdinbəyova verib. Öz novbəsində, cənab Abdinbəyov Azərbaycan hökuməti adından Argentina xalqını Milli Bayramı münasibətiylə təbrik edib.

Tədbirdə Azərbaycanda akreditasiya olunmuş xarici ölkə səfirləri, yerli Hökümət işçiləri, şirkət nümayəndələri və mədəniyyət xadimləri iştirak ediblər.
Ziyafətdə həmçinin yerli rəqqaslar tərəfindən tanqo şousu nümayiş olunub və Argentinanın milli mətbəxinin təamları qonaqlara təqdim olunub.

Argentina Səfiri çıxış edərək bildirib ki, 1810-cu ildə Argentinanın ilk müstəqil hökümətinin əsasını qoyması ilə başlamış və 1816-cı ildə öz müstəqilliyini elan etməsi ilə başa çatmışdır.

Həmin gün bizim ölkəmiz dünyaya artıq suveren, inkişafa yönümlü bir cığır ilə irəli getməyə və yeni bir dövlət kimi beynəlxalq arenada daha fəal iştirak etməyə hazır olduğunu elan etdi.

Bir neçə il əvvəl, biz bütünlüklə Argentinanın demokratik və sülh tərəfdarı xarakterini əks etdirən açıq və şəffaf gündəliklə beynəlxalq sahələrdə daha qərarlı bir formada iştirak edərək yeni bir yanaşma tərzi sərgiləməyə qərar verdik.
Yeritdiyimiz aktiv diplomatik kurs bizə beynəlxaq arenada yeni əməkdaşlıq imkanlarında, beynəlxalq ticarət dinamikasında, regional inteqrasiya strukturlarının müasirləşdirilməsində və 179 yeni bazarın açılmasında daha konkret nəticələr bəxş edən bir özgüvən formalaşdırmağa imkan yaratdı.
Eyni zamanda, Argentina özünün aparıcı roldakı fəaliyyəti düşüncəsinə sadiq qalaraq, Ümumdünya Ticarət Təşkilarının 11-ci Nazirlər Konfransına, Cənubi Amerikanın ilk G20 Liderlərinin Zirvə Toplantısına, Cənub-Cənub Əməkdaşlığı üzrə Birləşmiş Millətlər Təşkilatının İkinci Ali Konfransına və Gənclər Olimpiya Oyunlarına uğurla ev sahibliyi etmişdir.

Azərbaycan ilə qarşılıqlı əlaqələrin hazırkı vəziyyətindən məmnunuq və hər iki ölkə arasında inkişaf etdirilməsi vacib olan çox nəhəng bir potensialın olduğuna dərindən inandığını bildirən səfir deyib ki, son dövrlərdə ölkələrimiz arasında bir çox qarşılıqlı səfərlər həyata keçirilmiş, münasibətlərimizi dərinləşdirmək üçün daha yaxşı bir bazaya imkan yaradan sazişlər imzalanmışdır. Eyni zamanda xalqlarımızı musiqi, ədəbiyyat, rəqs, incəsənət və idmanla bir-birinə daha da yaxınlaşdıran bir sıra mədəni tədbirlər təşkil edilmişdir.

Ticari və iqtisadi sahədə görüləcək işlər üçün qarşımızda çox geniş imkanlar uzanır. Ət və şərab kimi ənənəvi argentina məhsulları artıq Azərbaycan bazarında gün keçdikcə daha çox tanınır və biz bu məhsulların yerli əhaliyə daha əlçatan etmək üçün çalışırıq. Eyni zamanda biz kənd təsərrüfatı və əczaçılıq sahələrində bir sıra əməkdaşlıq lahiyələri üzərində işləyirik, hansı ki, Argentina və Azərbaycan arasındakı əlaqələri gücləndirməyə öz töhfəsini verə bilər.

Sonda səfir: “Bakıya gəlişindən bugünə sadəcə iki ay yarım vaxt ötmüşdür. Bu keçən qısa, lakin sıx zaman kəsiyində Səfirlikdəki komandamın çalışqanlığı, həmkarlarımın isti münasibəti, yerli səlahiyyətli nümayəndələrinin qonaqpərvərliyi və hər şeydən önəmlisi Azərbaycan xalqının mehribanlığı, açıq düşüncəsi və hörməti mənə öz evimdəki kimi hiss etməyə imkan vermişdir” –deyə çıxışını bitirib.




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ