Qubada 4-cü “Məmməd Araz poeziya günü” keçirilib

Tarix:24-05-2019, 16:54 Baxış Sayı:90

Qubada 4-cü “Məmməd Araz poeziya günü” keçirilib
Mayın 22-də Azərbaycan Yazıçılar Birliyi, "Kainat” Gənclik Mərkəzi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qubada xalq şairi Məmməd Arazın yaradıcılığına həsr olunmuş Poeziya Günü keçirilib.

Poeziya günündə Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının, Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrinin, Quba rayon məktəb-lisey, texniki təmayüllü lisey və tam orta məktəb şagirdləri arasında M.Araz şeirlərinin ifası üzrə müsabiqə qaliblərinin təltifləndirmə mərasimi həyata keçirilib.
Qubada 4-cü “Məmməd Araz poeziya günü” keçirilib
Quba Rayon Mədəniyyət Mərkəzində düzənlənən tədbirdə iştirakçılar əvvəlcə şairin kitablarından və şairə həsr olunmuş tədqiqat işlərindən ibarət "Azərbaycan–dünyam mənim” adlı sərgi ilə tanış olublar.

Şairin öz səsində "Ana yurdum, hər daşına üz qoyum” şeiri ilə başlayan tədbirdə layihə rəhbəri Qardaşxan Əzizxanlı Poeziya Gününün məramı və məqsədi barədə məlumat verib və Quba rayonunun ustad şairin övladlarının ana vətəni olduğunu xatırladıb.
Qubada 4-cü “Məmməd Araz poeziya günü” keçirilib
Törəni açıq elan edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şairin həyat və yaradıcılığından söz açıb, Məmməd Arazın bu gün də Azərbaycan poeziyasının bayraqdarlarından biri kimi yaşadığını bildirib.

M.Araz sənətinin özəlliklərindən danışan millət vəkili, yazıçı Aqil Abbas və şair Ramiz Qusarçaylının çıxışlarından sonra müsabiqə qalibləri– Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının 2-ci kurs tələbəsi Ayşən Hüseynova (I dərəcəli diplom), Quba şəhər 5 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Afət Rəhimova (II dərəcəli diplom),
Qubada 4-cü “Məmməd Araz poeziya günü” keçirilib
Quba Dövlət Sosial-İqtisadi Kollecinin 1-ci kurs tələbəsi Şəfiqə Daşdəmirova (III dərəcəli diplom), Quba şəhər 6 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Nərmin Orucova (III dərəcəli diplom), Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin 6-cı sinif şagirdi Nərgiz Nəzirova (həvəsləndirici yer),

Quba şəhər 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin 7-ci sinif şagirdi Bikəxanım Behbudova (həvəsləndirici yer) və şeir ifası üzrə fərqlənənlər– Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının 2-ci kurs tələbəsi Ləman Məhərrəmzadə, Quba Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Leyla Mirzəbəyova, Quba şəhər 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Həyat Qurbanova,
Qubada 4-cü “Məmməd Araz poeziya günü” keçirilib
4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin 8-ci sinif şagirdi Kamilla Rzayeva, Quba texniki təmayüllü liseyin 9-cu sinif şagirdi İlqarə Mirzəyeva, Quba şəhər 5 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Ülkər Həbibova, Quba şəhər 6 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Aysun Əliyeva və Quba şəhər 7 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Fatimə Abasova təşəkkürnamələrlə təltifləndiriliblər.
Qubada 4-cü “Məmməd Araz poeziya günü” keçirilib
Tədbirdə, həmçinin Poeziya gününün yüksək səviyyədə təşkilinə görə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə və M.Araz şeirinin təbliğində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı” kafedrasının dosenti Ağalar Bayramova "Məmməd Araz poeziya günü” Təşkilat Komitəsinin təşəkkürnamələri təqdim edilib.
Qubada 4-cü “Məmməd Araz poeziya günü” keçirilib
Unudulmaz şairin qızı "Ədalət” qəzetinin Baş redaktoru, əməkdar jurnalist İradə Tuncayın da iştirak etdiyi törən bədii qiraət ustası Ağalar Bayramovun, "Gözəl Quba” ansamblının solistləri Ramiz Ramazanov və Ruhanə Məmmədovun alqışlarla qarşılanan çıxışları ilə yekunlaşıb./adalet.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ