"Nəsimi İli"nə ədəbi töhfə: Almanax işıq üzü gördü

Tarix:15-05-2019, 18:50 Baxış Sayı:189

"Nəsimi İli"nə ədəbi töhfə: Almanax işıq üzü gördü
Bu günlərdə böyük Azərbaycan şairi, filosof İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə“Cahana sığmazam” adlı ədəbi almanax işıq üzü görüb.

Manera.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında nəşr olunan poetik toplunun baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca, redaktoru və tərtibçilər: AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident mükafatçısı, şair Balayar Sadiq və AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, şair Tahirə Məğrurdur.

Bu poeziya almanaxında müxtəlif ədəbi nəsillərin və çoxçeşidli ədəbi-bədii düşüncəyə malik qələm sahiblərinin şeirləri toplanıb.

İnanırıq ki, poeziyaseverlər və ədəbi ictimaiyyət poetik toplunu “Nəsimi ili”nə ədəbi töhfə kimi qarşılayacaq.

Qeyd edək ki, 20 may 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçiriləcək.

Ədəbi ictimaiyyət və poeziyasevərlər dəvətlidir./mustaqil.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ