İsmayıl Şıxlının 100 illiyi qeyd ediləcək

Tarix:15-05-2019, 17:29 Baxış Sayı:37

İsmayıl Şıxlının 100 illiyi qeyd ediləcək
Mayın 30-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli ədib, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Filarmoniyadan Manera.az-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin ədibin 100 illiyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq təşkil olunacaq.

Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşacaq tədbir çərçivəsində Xalq yazıçısının həyat və yaradıcılığından danışılacaq, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri vurğulanacaq.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ