Xaricdə pulsuz oxumaq istəyənlərin DİQQƏTİNƏ!

Tarix:20-04-2019, 13:00 Baxış Sayı:53

Xaricdə pulsuz oxumaq istəyənlərin DİQQƏTİNƏ!
“Çalışacağıq ki, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprel ayının sonunda elan verək. 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsilini Gənclər Fondu maliyyələşdirəcək. İlk il olduğu üçün bir qədər az tələbənin maliyyələşdirilməsini nəzərdə tutmuşuq. Yəqin ki, universitet və ixtisasların da siyahısı geniş olmayacaq”.

Manera.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı fondun icraçı direktoru Fərid Cəfərov deyib.

F.Cəfərov gənclərin suallarını cavablandırarkən valideynlərin adi bir məsələyə görə övladlarına təzyiq etdiklərini qeyd edib: “Bura universitetə daxil olmamaq da aiddir. Hətta bu, intihar səviyyəsinə qədər gətirib çıxarır. Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılmasının əsas təkanverici amillərindən biri o olub ki, gənclərə universitetə daha yaxşı hazırlaşmaq üçün dəstək verilsin”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ