GİZ jurnalistlər üçün Vətəndaşlıq və Miqrasiya mövzusunda seminar keçirir

Tarix:20-04-2019, 10:59 Baxış Sayı:216

GİZ jurnalistlər üçün Vətəndaşlıq və Miqrasiya mövzusunda seminar keçirir
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı" lahiyəsi çərçivəsində jurnalistlər üçün "Vətəndaşlıq və miqrasiya hüququ: Qanunvericilik və tətbiqi" adlı seminar keçirilir.


Manera.az xəbər verir ki, bu gün açılışı olan seminar 21 aprel tarixinə qədər davam edəcək. Acılış nitqini söyləyən GİZ-in əməkdaşı Şakir Səfərbəyov tədbir iştirakçılarını salamlayıb, təlimin məqsədindən, gözlənilən nəticələrdən danışıb.

Sonra ekspert, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov seminarda müzakirə olunacaq mövzularla bağlı iştirakçıları məlumatlandırıb.

S. Məmmədov bildirib ki, seminarda vətəndaşlıq (beynəlxalq praktika, Azərbaycan Respublikasında vətəndaşlıq, ikili vətəndaşlıq, çoxvətəndaşlıq, vətəndaşlığa xitam, vətəndaşlıqdan mərhum etmə), miqrasiya (miqrasiya prosesin hüquqi tənzimlənməsi, miqrasiya ilə bağlı arayış və statistika, miqrasiya formaları, Azərbaycan qanunvericiliyi, miqrasiya proseslərinin nəticələri: Qanuni və qanunsuz miqrasiya), Əmək miqrasiyası (əmək miqrasiyası sahəsində beynəlxalq praktika və beynəlxalq normalar, Azərbaycanda əmək miqrasiyası, hüquqi aspektlər və praktikada olan problemlər, əmək miqrasiyasi zamanı məcburi əməyin qurbanı olmağın riskləri) və s. mövzularında qanunvericilikdə nəzərdə tutulan pozetiv və neqativ öhtəliklər müzakirə olunacaq. Qeyd olunan vəziyyətlərə dair Azərbaycan qanunvericiliyi kontekstində məhkəmə praktikasından danışılacaq.

Seminarın gedişində müzakirələr aparılıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

GİZ jurnalistlər üçün Vətəndaşlıq və Miqrasiya mövzusunda seminar keçirir
GİZ jurnalistlər üçün Vətəndaşlıq və Miqrasiya mövzusunda seminar keçirir
GİZ jurnalistlər üçün Vətəndaşlıq və Miqrasiya mövzusunda seminar keçirir
GİZ jurnalistlər üçün Vətəndaşlıq və Miqrasiya mövzusunda seminar keçirir

GİZ jurnalistlər üçün Vətəndaşlıq və Miqrasiya mövzusunda seminar keçirir

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ