İsmayıl Şıxlının 100 illiyi qeyd ediləcək

Tarix:15-04-2019, 15:05 Baxış Sayı:42

İsmayıl Şıxlının 100 illiyi qeyd ediləcək
Aprelin 18-də Abdulla Şaiqin mənzil muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.

Muzeydən Manera.az-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq Mədəniyyət Nazirliyinin hazırladığı tədbirlər planına əsasən təşkil olunacaq.

Tədbirdə yazıçının həyat və yaradıcılığı ilə bağlı məruzələr dinləniləcək, videoçarx nümayiş olunacaq, şah əsəri olan "Dəli Kür” romanı əsasında hazırlanmış kiçik tamaşa təqdim ediləcək.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ