Londonda Şekspirin yaşadığı ev tapılıb

Tarix:15-04-2019, 14:58 Baxış Sayı:47

Londonda Şekspirin yaşadığı ev tapılıb
İngilis aliminin apardığı uzunmüddətli tədqiqatlardan sonra dahi Uilyam Şekspirin Londonda “Romeo və Cülyetta” əsərini yazdığı ev müəyyən edilib.

Manera.az xəbər verir ki, teatr tarixçisi Ceffri Morş dünyaşöhrətli şair və dramaturqun evini tapmaq üçün on ilə yaxın tədqiqat aparıb. Onun 1590-cı illərdə burada yaşadığı və yaratdığı qeyd olunur.

Morş əvvəlcə Londonun şərqindəki Şoredikt rayonunda 2008-ci ildə üzə çıxarılmış Yelizaveta Teatrının yerləşdiyi ərazidə axtarışlar aparıb. Tarixçilər Şekspirin pyeslərinin səhnəyə qoyulduğu bu teatrın tapılmasından sonra dahi şairin onları harada yazması ilə bağlı məsələni gündəmə gətiriblər. Əvvəlcə belə bir versiya irəli sürülüb ki, onun yaşadığı ev Mərkəzi Londonun Liverpul küçə stansiyası (Liverpool Street Station) yaxınlığında olub. Bu ərazidə Müqəddəs Yelena kilsəsi də yerləşir. Kilsədə aparılmış qeydlərə görə, Uilyam Şekspir 1597-1598-ci illərdə bu rayonda vergiödəyicisi olub. Lakin dəqiq ünvan heç vaxt müəyyən edilməyib.

Teatr tarixçisi qeyd edib ki, Şekspirin evinin Müqəddəs Yelena kilsəsi ilə Yelizaveta Teatrının arasında olduğu güman edilirdi. Bu ərazidə dəri ticarəti ilə məşğul olan şirkət də olub. Morş bu ehtimallar əsasında 1550-ci illərə aid olan bütün sənədləri araşdırmağa başlayıb. Viktoriya və Albert Muzeyinin Teatr Departamentinin də direktoru olan tarixçi əlavə edib ki, Şekspir Stratforddan Londona köçdükdən sonra bir neçə il varlıların olduğu müxtəlif yerlərdə yaşayıb. Burada böyük sərvət qazanan şair Stratford şəhərində ən bahalı evlərdən birini də almağı planlaşdırıb. /Azərtac/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ