Moskva Dövlət Dilçilik İnstitutunda azərbaycanlı şairlərlə görüş

Tarix:15-04-2019, 14:46 Baxış Sayı:46

Moskva Dövlət Dilçilik İnstitutunda azərbaycanlı şairlərlə görüş
Aprelin 11-də Moskva Dövlət Dilçilik Universiteti nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru, Mahmud Kaşqari və Şahmar Əkbərzadə mükafatları laureatı, tanınmış şair-tərcüməçi İbrahim İlyaslı və AYB üzvü, “Qılınc və Qələm” mükafatı laureatı şair, nasir Süleyman Hüseynovla görüş keçiriib.

Filologiya elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Əlaqələr institutunun professoru, AYB Moskva bölməsinin sədri Abuzər Bağırovun, Azərbaycan, Rusiya və Avrasiya yazarlar birliklərinin üzvü həkim, şair-tərcüməçi Afaq Şıxlının, Şəhriyar ƏMC-nin üzvü, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, şair Abbas Ağdabanlının, MDB Üzvü Olan Ölkələrin Dillər Və Mədəniyyətlər Üzrə Baza Təşkilatı administrisayasının direktoru Vladimir Konevin, RTEA-nın akademiki, professor, MDLU-nun Humanitar və Tətbiqi Elmlər İnstitutunun direktoru Çeslav Daletskinin, Yaxın Xaric və MDB üzvü olan ölkələrin dillər və mədəniyyətləri kafedrasının müdiri, Qırğız Dili və Mədəniyyəti Mərkəzinin direktoru, dosent Jenişqul Xulxaçıyevanın, Qazax Dili və Mədəniyyəti Mərkəzinin direktoru Kamşat Şaxatovanın, Rumın Dili və Mədəniyyəti Mərkəzinin direktoru Laba Dumitritsanın, Tacik Dili və Mədəniyyəti Mərkəzinin direktoru Safarqul Xalimovanın iştirakı ilə keçirilən görüşü BSU-nun professoru, Moskva Dövlət Dilçilik Universiteti Nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Zenfira Rüstəmova açaraq, Azərbaycandan gəlmiş qonaqlar haqda ətraflı məlumat verdi və görüşün məqsədi və məramı ilə tədbir iştirakçılarını tanış edib.
Moskva Dövlət Dilçilik İnstitutunda azərbaycanlı şairlərlə görüş
Sonra şair İbrahim İlyaslı “Azərbaycan-Rusiya ədəbi əlaqələrinə yeni baxış” adlı məruzə ilə çıxış etdi və görüş iştirakçılarının – tələbələrin və alimlərin məruzə ilə bağlı suallarını cavablandırıb, azərbaycan və rus dillərində şeirlərindən nümunələr söylədi, yeni nəşr olunmuş kitabını Mərkəzin kitabxanasına bağışlayıb.

Daha sonra söz şair, nasir Süleyman Hüseynova verilib.O, tədbir iştirakçıları üçün rus dilində nəşr olunmuş şeir kitablarından bir neçə şeir oxuyub və həmin kitablarını, eyni zamanda “Klyatva” romanını Mərkəzin kitabxanasına hədiyyə edib.
Moskva Dövlət Dilçilik İnstitutunda azərbaycanlı şairlərlə görüş
Tərcümə və ədəbi əlaqələr üzrə peşəkar mütəxəssislərin çıxışları və səmimi dialoqlar ilə müşaiyət olunan görüş milli çay süfrəsi arxasında davam edib.

Sonda İbrahim İlyaslı və Süleyman Hüseynov görüşün yüksək səviyyədə təşkilində əməyi keçən hər kəsə və görüş iştirakçılarına dərin minnətdarlıqlarını bildiriblər../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ