“Qoca və dəniz” kitabının müzakirəsi keçirilib

Tarix:12-04-2019, 11:32 Baxış Sayı:80

“Qoca və dəniz” kitabının müzakirəsi keçirilib
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda dünya ədəbiyyatının tanınan siması Ernest Heminqueyin “Qoca və dəniz” kitabının müzakirəsi keçirilib.

İclasda institutun direktoru, akademik Tariyel Talıbov çoxsaylı roman və hekayələrin müəllifi olan E.Heminqueyin həyat və yaradıcılığına ətraflı nəzər salıb. Alim bildirib ki, öz yazı üslubu ilə XX əsr dünya ədəbiyyatına ciddi təsir göstərən amerikalı yazıçı əsərlərində əsasən insan və onun həyat, yaşam uğrunda mübarizəsi qələmə alınıb. Bu baxımdan insanın gücü, iradəsi və dözümündən bəhs edən “Qoca və dəniz” əsəri həyatı tam mənası ilə əks etdirən yaradıcılıq nümunlərindən biridir. Qeyd olunub ki, müəllifin bir neçə əsəri, o cümlədən “Qoca və dəniz” əsəri dilimizə tərcümə edilib və hər kəs tərəfindən sevilərək oxunulur.

Tədbirdə institutun əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Cabbar Nəcəfovun ““Qoca və dəniz” əsərində həyatda mübarizliyin tərənnümü” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra institutun Zooloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayramov və Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov mövzu ətrafında çıxış ediblər.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ